Accessibility links

Nyu-Yorkda metro stansiyasında atışmada bir neçə nəfər yaralanıb


Subway-Shooting
Subway-Shooting

Aprelin 12-i səhər saatlarında Nyu-Yorkun Bruklin bölgəsindəki "36th Street" metro stansiyasında silahlı hücum nəticəsində bir neçə nəfər yaralanıb və xəsarət alıb.

Rəsmilər hücumun pik saatlarda baş verdiyini və xilasedicilərin Bruklinin Sanset Park bölgəsində hadisə yerinə göndərildiyini bildirir.

Hadisə nəticəsində ən azı 13 nəfər yaralanıb. Hücum zamanı tüstü qumbarasından da istifadə edildiyinə dair xəbərlər verilib. Güllə yarası alan beş nəfərdən ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Sosial şəbəkələrdə yayılan foto və videolarda stansiyada qan içində olan hadisə qurbanları və havada tüstü qatını görmək mümkündür.

Hadisəni törədən şübhəli şəxsin narıncı rəngli inşaatçı jileti və qaz maskası geydiyi bildirilir. Şübhəli şəxsin hələ də azadlıqda olduğu və polisin şəhər boyu axtarışa başladığı xəbər verilir.

"Metro qatarının qapısı açılanda qarşımda fəlakət görüntüləri idi: tüstü, qan və insan qışqırıqları", hadisənin şahidlərindən biri olan Sem Karkamo 1010 WINS radiosuna verdiyi müsahibədə bildirib.

Nyu-York meri Erik Adams hücumla bağlı əlavə məlumat verməyib. Nyu-York qubernatoru Keti Hokhul isə hücumla bağlı məlumatlandırıldığını deyib.

Hadisə ilə əlaqədar Ağ Evə də məlumat verilib. Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, Nyu-York metrosunda baş verən hadisə ilə bağlı prezident Co Bayden məlumatlandırılıb. O əlavə edib ki, Ağ Evin yüksək səviyyəli rəsmiləri lazım olduğu halda dəstək təklif etmək üçün Nyu-York meri Erik Adams və Nyu York polis rəisi Kiçant Süell ilə əlaqə saxlayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG