Accessibility links

İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb


Martın 11-də prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqlandı, İqor Popovu, Stefan Viskontini və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, rusiyalı həmsədr İqor Popov bildirib ki, Minsk qrupunun tərkibində ABŞ və Fransadan yeni həmsədrlərin olmasına baxmayaraq, təmsil etdikləri ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeləri dəyişməz qalır və həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG