Accessibility links

Minsk Qrupunun həmsədrləri Bakıya gəlir


ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland (ABŞ) regiona səfərləri çərçivəsində iyunun 19-da Bakıda olacaqlar. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs gerçəkləşdirilənə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayonu və əlavə olaraq daha bir neçə kəndi Ermənistanın nəzarətinə keçib.

Ötən illərlə müqayisədə 2016-cı ildə atəşkəs daha çox pozulub, aprelin 2-5-də ağır silahlardan da istifadə etməklə döyüşlər olub. Hər iki tərəf onlarla itki verib.

Rusiya prezidentinin təşəbbüsü ilə hərbi əməliyyatlar dayandırlıb. Bundan sonra prezidentlərin iki görüşü keçirilib və münaqişənin nizamlanmasında hər hansı irəliləyiş qeydə alınmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG