Accessibility links

Elmar Məmmədyarov: "Status-kvo" qəbuledilməzdir


Elmar Məmmədyarov və Estoniyanın xarici işlər naziri Sven Mikser
Elmar Məmmədyarov və Estoniyanın xarici işlər naziri Sven Mikser

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud sənəd üzərində danışıqları davam etdiririk".

APA agentliyinin məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Estoniyanın xarici işlər naziri Sven Mikserlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Sankt-Peterburq görüşündə (görüş 2016-cı ilin iyununda olub), bu il aprelin 29-da Moskvada keçirilən görüşündə də eyni sənəd üzərində danışıqlar aparılıb.

"Həmin sənədə əsasən münaqişənin həlli istiqamətdə irəliləməyin yollarını müzakirə etdik. Biz istəyirik ki, danışıqlar substantiv olsun. Azərbaycanın mövqeyi bəllidir.

"Status-kvo"nu dəyişməyin vaxtı çatıb. Prezidentlər və həmsədrlər də deyir ki, "status-kvo" qəbuledilməzdir", o qeyd edib.

Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi BMT-nin qətnamələri əsasında həll edilməlidir".

"BMT qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu sənədlərdə göstərilən suverenlik məsələsi bizim ortaq marağımızdır. Bütün münaqişələr beynəlxalq norma və prinsiplər əsasında həll olunmalı, BMT üzvü olan bütün ölkələr bunlara əməl etməlidir", E. Məmmədyarov vurğulayıb.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb. Həmsədrlər hazırda Ermənistanda və Dağlıq Qarabağda danışıqlar aparır.

XS
SM
MD
LG