Accessibility links

Minsk qrupunun həmsədrləri İlham Əliyevlə görüşüb


İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

İyunun 19-da prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini, habelə ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. Həmsədrlər həmçinin müdafiə naziri Zakir Həsənovla görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezidentin rəsmi saytı bildirir ki, görüş zamanı dövlət başçısı deyib.

“Sizin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinizdən sonra və Azərbaycana gəlişiniz ərəfəsində Ermənistan təmas xəttində Azərbaycana qarşı növbəti hərbi təxribat törətmiş və bunun nəticəsində bir Azərbaycan əsgəri həlak olmuşdur. Azərbaycan Ordusu həmişə olduğu kimi, adekvat cavab vermiş və bunun nəticəsi sizə məlumdur. Bu, mənim üçün təəccüblü deyil, çünki Ermənistan tərəfi həmişə hansısa mühüm tədbir və ya sizin səfəriniz ərəfəsində bu cür təxribatlar törədir və biz bunun bir neçə dəfə - 2014-cü, 2016-cı illərdə və indi də şahidi olmuşuq. Onlar, sözsüz, bilirlər ki, mülki əhali və hərbi qulluqçularımıza qarşı istənilən hərbi təxribata biz adekvat cavab verəcəyik. Azərbaycan tərəfini buna ona görə təhrik edirlər ki, sonra bizi atəşkəsi pozmaqda ittiham etsinlər. Hadisələrin xronologiyasına baxmağınız kifayətdir ki, nə vaxt Azərbaycan əsgərinin Ermənistan ordusu tərəfindən öldürüldüyünü və nə zaman buna Azərbaycan tərəfindən adekvat cavab verildiyini görəsiniz. Beləliklə, təmas xəttində son atəşkəs pozuntusuna görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür və baş verə biləcək hər hansı hadisəyə görə bütün məsuliyyəti işğalçı Ermənistan ordusu daşıyır”, Əliyev qeyd edib.

Dövlət başçısı, eyni zamanda, deyib ki, Azərbaycan tərəfi atəşkəs rejiminə sadiqdir.

“Baş verənlər aydın şəkildə göstərdi ki, Ermənistan nəyin bahasına olursa-olsun Minsk qrupu həmsədrlərinin fəaliyyətini pozmağa çalışır”.

Əliyev vurğulayıb ki, Ermənistan diqqəti yalnız təhlükəsizlik məsələlərinə yönəltmək istəyir və bütün bu baş verənləri Azərbaycanı atəşkəsi pozmaqda günahlandırmaq üçün bir bəhanə kimi istifadə edir.

“Bu, tamamilə haqsız və ədalətsiz bir mövqedir”.

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib ki, həmsədrlərin Azərbaycana səfəri ərəfəsində baş verən ciddi atəşkəs pozuntusu dərin təəssüf hissi doğurur.

“Biz səfərimizin yekunu olaraq qəbul edəcəyimiz bəyanatda bu vəziyyəti əks etdirəcəyik”, Popov qeyd edib.

Zakir Həsənov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
Zakir Həsənov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə isə müdafiə naziri ilə görüşdə Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki əməliyyat şəraiti müzakirə olunub.

Bir həftə əvvəl həmsədrlər eyni missiya ilə Ermənistanda və Qarabağda olublar.

Hazırda münaqişə zonasında vəziyyət gərgin olaraq qalır. Son günlər cəbhədə gərginliyin artması fonunda hər iki tərəf itki verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG