Accessibility links

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağda son zorakılıqla bağlı bəyanat verib


ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

Amerika Birləşmiş Ştatları ötən həftə ərzində təmas xəttində insan itkiləri ilə nəticələnmiş atəşkəsin son vaxtlar pozulmasından dərin narahatlıq keçirir. Biz tərəfləri gərginliyi artırmaqdan çəkinməyə çağırır və təmas xəttində və Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca gərginliyin azaldılması üçün tədbirlərin dərhal nəzərdən keçirməyə çağırırıq. Bu barədə ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağda son zorakılıq və insan itkilərinə dair bəyanatında deyilir.

Sənəddə bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 19-da verdiyi bəyanatda tərəfləri substantiv, yaxşı niyyətlə və siyasi iradə ilə danışıqlar aparmağa çağırıblar.

“Həmsədrlər bu cür danışıqların münaqişənin həllində irəliləyiş gözləyən və buna layiq olan bölgə əhalisinə davamlı sülh gətirmək üçün yeganə yol olduğunu vurğulayıblar”.

Birləşmiş Ştatlar tərəflərlə sıx əməkdaşlıq etməyə davam edir.

“Bizim, Minsk qrupunun həmsədrlərinin bölüşdüyü uzunmüddətli siyasətimiz budur ki, ədalətli həll Helsinki Yekun Aktının, xüsusən, güc (zor) tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərinin da daxil olduğu beynəlxalq hüquqa əsaslanmalıdır”, bəyanatda qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG