Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşməyə hazırdır


Elmar Məmmədyarov və Eduard Nalbandian
Elmar Məmmədyarov və Eduard Nalbandian

Azərbaycan Qarabağ münaqişəsinin tezliklə həlli və status-kvonun dəyişdirilməsi üzrə substansiv danışıqlara hazırdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Bakı Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünə hazırdır.

Öz növbəsində, Ermənistan mediası ölkənin xarici işlər nazirinin bugünkü bəyanatını yayıb. Bəyanatda onun iyulda azərbaycanlı həmkarı ilə görüşə hazır olduğu bildirilir.

Görüşün harada baş tutacağı dəqiqləşdirilmir.

Xatırladaq ki, bu yaxınlarda ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri zamanı iki ölkə xarici işlər nazirlərinin görüşü də müakirə edilib.

XS
SM
MD
LG