Accessibility links

Minsk Qrupunun həmsədrləri Krakov görüşü barədə birgə bəyanat yayıb


Elmar Məmmədyarov, Edvard Nalbandyan və Minsk Qrupunun həmsədrləri
Elmar Məmmədyarov, Edvard Nalbandyan və Minsk Qrupunun həmsədrləri

ATƏT-in Minsk qrupunun həmsədrləri Krakovda keçirilən Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə görüşlərin yekunları barədə birgə bəyanat yayıb.

ATƏT-in rəsmi internet səhifəsinə yerləşdirilən bəyanatda deyilir ki, həmsədrlər (Rusiya - İqor Popov, Fransa - Stefan Viskonti və ABŞ - Endryu Şofer) ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə birgə yanvarın 17-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və yanvarın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Yanvarın 18-də isə Minsk Qrupunun həmsədrləri hər iki nazir ilə birgə görüş keçirib.

"Nazirlər və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinə həsr edilən əvvəlki sammitlərdə əldə olunmuş sazişlərin reallaşdırılmasına yardım üçün növbəti addımları müzakirə edib. Xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi aparatının səlahiyyətinin genişləndirilməsi ilə bağlı həmsədrlərin nəzərdən keçirdiyi konseptual sənəd barəsində prinsipial razılaşma əldə edib", sənəddə qeyd edilir.

Görüşlər zamanı nazirlər və həmsədrlər cədvəl üzrə hazırlanan iş təkliflərindəki əsas həssas məsələlər üzrə fikir mübadiləsi aparıb. Həmsədrlər, həmçinin, danışıqlar prosesinə mühüm töhfə kimi etimad tədbirlərini həyata keçirməyə çağırıb. Nazirlər və həmsədrlər təmas xəttində nisbi sakitliyin hökm sürdüyünü qeyd edib. Həmsədrlər tərəfləri bu müsbət tendensiyanı gücləndirməyə çağırıb.

Həmsədrlər nazirlərə münaqişənin təsirinə məruz qalmış ərazilərdə 2010-cu il sahə qiymətləndirmə missiyasının inkişaf etdirilməsinin mümkünlüyünü bir daha müzakirə etməkdə maraqlı olduqlarını bildirib.

Həmsədrlər fevral ayının əvvəlində bölgəyə səfər etməyi planlaşdırırlar”, birgə bəyanatda qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG