ATƏT-ın Minsk Qrupunun həmsədrləri Ermənistana səfərinin yekunları ilə bağlı mətbuat üçün açıqlama yayıb.
Məlumatda deyilir ki, iyunun 12-dən 14-dək Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ), həmçinin ATƏT-ın fəaliyyətdə olan sədrinin şəxsinNümayəndəsi Andrjey Kaspşik xarici işlər naziri Zoqrab Mnatsakanyan, baş nazir Nikol Paşinyan, müdafiə naziri David Tonoyan və Ermənistan prezidenti Armen Sarkisyanla görüşüb.
“Görüş zamanı həmsədrlər danişiqların carı vəziyyətini və prosesi irəli aparmaq istiqamətində növbəti addımları müzakirə ediblər. Xarici işlər nazirlərinin yaxın gələcəkdə keçiriləcək görüşü də müzakirə edilib. Onlar həmçinin Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində son vəziyyət barədə fikir mübadiləsi aparıb və konstruktiv mühitin qorunmasının vacibliyini vurğulayıblar.
Həmsədrlər Helsinki Yekun Aktı, o cümlədən güc tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsipləri əsasında tərəflərə münaqişənin sülh yolu ilə həllinin tapılması istiqamətində köməklik göstərməyə sadiqliklərini təkrarlayıb.
Ermənistan rəsmiləri ATƏT-in Minsk qrupu və ATƏT sədrinin şəxsi nümayəndəsinin işini dəstəklədiklərini və həmsədrlərin himayəsi altında məhsuldar şəkildə işləməyə davam etməyə hazır olduqlarını vurğulayıb”, açıqlamada deyilir.
Bu ilin mayında Ermənistanda hakimiyyət dəyişdikdən sonra bu, həmsədrlərin Yerevana ilk səfəridir.