Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri yenidən görüşmək barədə razılığa gəlib


Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan
Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan

ATƏT-in Minsk Qrupunun həmsədrləri - İqor Popov (RF), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) Azərbaycan və Ermənistan XİN başçıları - Elmar Məmmədyarov və Zograb Mnatsakanyanın iyulun 11-də Brüsseldə onların iştirakı ilə keçirilən görüşünün yekunları haqqında bəyanat yayıb.

Danışıqlarda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib.

"Bu, Ermənistanda və Azərbaycanda seçkilərdən sonra tərəflər arasında bu formatda ilk görüş idi", bəyanatda qeyd edilir.

Nazirlər münaqişə zonasında vəziyyətlə bağlı fikir mübadiləsi aparıb,növbəti addımlar və danışıqlarda təkrar iştirak üçün parametrləri müzakirə edib. Tərəflər gələcək görüşlərdə müzakirə ediləcək bir neçə məsələyə, o cümlədən bir sıra mümkün etimadı möhkəmləndirmə tədbirlərinə baxıb.

Həmsədrlər gərginliyin azalmasının və hərbi ritorikaya son qoyulmasının əhəmiyyətini qeyd edib. Həmsədrlər həmçinin tərəflərə Helsinki Yekun Aktının əsas prinsipləri, o cümlədən güc tətbiq edilməməsi və ya güc tətbiq edilməsi ilə hədələməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipləri əsasında münaqişənin sülh yolu ilə həllini tapmağa kömək etməyə hazır olduqlarını təsdiq edib.

Nazirlər yaxın gələcəkdə yenidən həmsədrlərin himayəsi altında görüşmək barədə razılığa gəlib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG