Accessibility links

Azərbaycan prezidenti ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb


İlham Əliyev və ATƏT-in Minsk Qrupunun həmsədrləri
İlham Əliyev və ATƏT-in Minsk Qrupunun həmsədrləri

Noyabrın 1-də prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri - Endryu Şefer, İqor Popov, Stevan Viskontini və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andjey Kaspşiki qəbul edib.

Görüşdə Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların hazırki vəziyyəti və perspektivləri müzakirə olunub. Görüşdə XİN başçısı və Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri səlahiyyətlərini icra edən Hikmət Hacıyev iştirak edib.

Bundan əvvəl həmsdərlər Ermənistanda və Dağlıq Qarabağda danışıqlar aparıblar.

XS
SM
MD
LG