Accessibility links

Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunları ilə bağlı bəyanat verib


ATƏT-in Minsk qrupu - bayraqlar
ATƏT-in Minsk qrupu - bayraqlar

ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefano Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə birgə okyabrın 29-dan noyabrın 2-dək Cənubi Qafqaz regionuna səfərlərdə olub. Minsk qrupunun həmsədrləri səfərlərinin yekunu ilə bağlı bəyanatla çıxış edib.

Sənddə deyilir ki, səfərin əsas məqsədi kimi MDB-nin Düşənbədə keçirilən zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasındakı danışıqların nəticələrini müzakirə etmək, sülh prosesində bundan sonra atılacaq addımları müəyyənləşdirmək olub.

Həmsədrlər səfər çərçivəsində Azərbaycan rezidenti İlham Əliyev və Ermənistanın baş naziri əvəzi Nikol Paşinyanla görüşlər keçirib, Ağdam rayonunun ərazisində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki monitorinqdə iştirak edib, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və Qızıl Aypara Cəmiyyəti, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı nümayəndələri ilə vəziyyəti müzakirə ediblər. Həmsədrlərlə görüşlər zamanı hər iki ölkənin liderləri təmas xəttindəki vəziyyətin xeyli səngidiyini təsdiqləyiblər.

Həmçinin bəyanatda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin bu ilin sonunadək görüş keçirmək barədə razılığa gəldikləri qeyd edilib.

Həmsədrlər Vyanada ATƏT-in Daimi Şurasına səfərin yekunları barədə məruzə edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG