Accessibility links

Milli Şura: İlham Əliyevin təyinatı demokratik prinsipləri rəhbər seçmiş xalqa qarşı təhqirdir


Milli Şura bəyan edir ki, belə neomonarxik təyinat hələ 100 il qabaq bütün müsəlman şərqində ilk cümhuriyyət qurmuş, demokratik prinsipləri rəhbər seçmiş bir xalqa qarşı təhqirdir.

Bu barədə Milli Şuranın prezident İlham Əliyevin 1-ci vitse-prezident təyinatı ilə bağlı bəyanatında deyilir.

Sənəddə bildirilir ki, Azərbaycan xalqı belə alçaldıcı münasibətə layiq deyil və bunun qarşısını dinc, ardıcıl mübarizəsi ilə almalıdır.

“Milli Şura inanır ki, xalqımız indiki hakimiyyətin ölkəni respublika üsul-idarəsindən tamamilə sapdıraraq faktiki monarxiya çevirməsinə dözümlü yanaşmayacaq, demokratik dəyərlərin müdafiəsi uğrunda imkanlarını səfərbər edəcək. Milli Şura ölkədə demokratik dəyərlərin, cümhuriyyətçiliyin bərqərar olması naminə mübarizəni indiyədək olduğu kimi, bundan sonra da təşkilatlandırmağa və onun önündə getməyə hazır olduğunu bəyan edərək, Azərbaycanın özünü gerçək ziyalı, demokratik düşərgəyə aid ictimaiyyət nümayəndəsi, yaxud siyasətçi sayan hər kəsi bu qanuna və mənəvi prinsiplərə zidd addıma layiq olduğu qiyməti verməyə çağırır”, bəyanatda qeyd edilir.

Milli Şura bildirir ki, Azərbaycanda 50 ilə yaxındır bir ailənin idarəçiliyi hökm sürür.

“26 illik müstəqilliyik tariximizin 24 ili ata və oğul Əliyevlərin hər dəfə saxtalaşdırılmış seçkilərlə hakimiyyəti mənimsəməsi şəraitində keçib. Xüsusilə İlham Əliyevin hakimiyyəti zəbt etməsindən sonra ölkənin həm siyasi, həm də iqtisadi həyatında bir ailənin hegomonluğu gündən-günə möhkəmlənməyə başladı. Hazırda Əliyevlər ailəsi bütün iqtisadi-siyasi hakimiyyəti tamamilə öz əlində cəmləşdirib. Bütün başqa hakimiyyət qolları hüdudsuz səlahiyyətlər verilmiş prezident hakimiyyətinin təsiri altında dekorasiyaya çevrilib. Bütün iqtisadi qərar və tədbirlərin arxasında Əliyevlər ailəsinin sərvətini artırmaq niyyəti gizlənir. Hakimiyyətdaxili münasibətlər və cəmiyyətin müxtəlif təbəqələrinə qarşı davranışlar bu ailənin mütləq hökmranlığını təmin etmək üzərində qurulub”.

Qurum hesab edir ki, İlham Əliyev həyat yoldaşını ölkənin vəzifəcə ikinci şəxsi təyin etməklə ailə hakimiyyəti etiketini rəsmiləşdirib.

“İlham Əliyevin bu təyinatı ilk növbədə ailədaxili hakimiyyət ambisiyasının təzahürüdür. Bu təyinat göstərir ki, İlham Əliyevin ailəsində hakimiyyəti bir-birinə ötürməklə mümkün qədər uzun müddətə ölkəni nəzarətlərində saxlamaq, həm də hər hansı siyasi-iqtisadi islahatlar, mütərəqqi dəyişikliklərlə yox, cəmiyyəti daha çox əzib-alçaltmaq yolu ilə saxlamaq istəyi güclənib”.

Milli Şura hesab edir ki, bu təyinatın ən böyük həqarəti xalqadır.

“İlham Əliyev bununla rəhbərlik etdiyi xalqı nə qədər aşağı tutduğunu, ona hörmət qoymadığını sərgiləmiş oldu. Lakin bu, həm də bir dövlət başçısı kimi özünə hörmətsizliyin görsənişidir. Tarixin İlham Əliyevdən qat-qat artıq avtoritar, totalitar liderləri, hətta diktatorları belə, həyat yoldaşlarını özlərindən sonrakı ikinci vəzifəyə yiyələndirməyiblər. Dünyanın indiki müasir çağında belə bir təyinat vermək dövlət idarəçiliyi əxlaqının ikiqat pozulmasıdır. Bütün bunlarla bərabər, İlham Əliyev öz təyinatı ilə ölkə qanunlarına, hətta özünün imzaladığı qanunlara açıq hörmətsizlik edib”, bəyanatda deyilir.

Öz növbəsində, rəsmi Bakı və iqtidarda olan siyasi partiya hələ Milli Şuranın bəyanatına münasibət bildirməyib.

Hökumət rəhbərləri və iqtidarda olan “Yeni Azərbaycan” Partiyası Mehriban Əliyevanın birinci vitse-prezident vəzifəsinə təyinatını alqışlayır və islahatlara təkan verəcəyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG