Accessibility links

Robert Muqabe istefa etdi [Video]


Robert Muqabe istefa etdi
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Prezident Robert Muqabenin istefa etməsi xəbərləri yayılandan sonra insanlar Harare küçələrinə çıxaraq, bunu qeyd etdilər. Muqabe 40 ilə yaxın hakimiyyətdə olub.

Prezident Muqabenin rəsmi istefa məktubunu parlamentin spikeri oxudu.

İnsanların bir qrupu Muqabeni Zimbabvenin müstəqilliyi üçün döyüşən lider hesab etsə də, əksəriyyət üçün onun hakimiyyətinin sonu bir bayram idi.

“Zimbabvelilər xoşbəxtdir. Biz müstəqillik əldə etdik.”

Təhlilçilər deyirlər ki, onun prezidentliyi Zimbabveni məhv edib.

“Zimbabve vaxtilə kifayət qədər güclü iqtisadiyyatının, yaxşı təhsil və səhiyyə sisteminin, bacarıqlı peşəkarların olduğu ölkə idi. Onun iqtisadiyyata, inqilaba və demokratiyaya etdiyi dəhşətlidir.”

Digərləri deyir ki, Muqabe hakimiyyətdən daha tez getsəydi nəticə belə olmazdı.

“Muqabe 90-cı illərdə istefa versəydi, o tarixə Afrikanın azadıq simvollarının biri kimi düşəcəkdi. Yeganə istisna odur ki, Muqabe hakimiyyətinin ilk günlərində 20,000 insanın ölümü ilə nəticələnən Qukurahundi qətliamına görə cavabdeh olub.”

Yeni Zimbabve daha inkluziv və hərbi quruluşdan uzaq olmalıdır. Bu sözləri Amerika Universitetinin professor Kvaku Nuama deyib.

“Əgər vitse-prezident prosesdə iştirak etmək istəyirsə, o insanların gözləntilərinə müvafiq hərəkət etməlidir. Əgər Morqan Tsvangirai iştirak etmək istəyirsə o rəqabət aparmalıdır. Qreys Muqabenin də iddiaları varsa o da rəqabət aparmalıdır”

Bu, ABŞ tərəfindən də qeyd edildi.

“Zimbabvenin gələcəyi ölkənin insanları tərəfindən müəyyən edilməlidir. Biz azad və ədalətli seçkilərə ümid edirik. Həmin ana qədər isə qanunun aliliyinə hörmət edilməsinə çağırırıq.”

Sözçü bu həftə baş verən hadisələrdən sonra ABŞ-ın Zimbabve siyasətinin dəyişib-dəyişməyəcəyi ilə bağlı heç nə demədi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG