Accessibility links

ABŞ-ın BMT-dəki səfiri “İlqar Məmmədova azadlıq!” video-müraciəti yayıb [Video]


"İlqar Məmmədova azadlıq!" - Samanta Pauer
please wait

No media source currently available

0:00 0:00:58 0:00

"İlqar Məmmədova azadlıq!" - Samanta Pauer

Samanta Pauer bildirir ki, ədalətsiz həbs edilmiş insanlar azadlığa çıxana qədər səslərini ucaldacaqlar

ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer Yeni İldə “İlqar Məmmədova azadlıq!” adlı video-müraciət yayıb.

Videoda deyilir ki, Azərbaycanın müxalifət lideri hökumətin nümayişlərə və ictimai narazılıqlara qarşı rəftarını tənqid etdikdən sonra yeddi il həbsə məhkum edilib.

“Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətini İlqarı həbs etməklə fundamental insan haqlarını pozduğunu müəyyən edib”.

Videoda, həmçinin İlqar Məmmədovun həyat yoldaşının bu sözləri əksini tapıb. “Ailəmizdə ənənə var: Hər Yeni İldə yolkanı qızımız və İlqarla birgə bəzəyirik. Artıq neçə ildir qızımız yolkanı bəzməkdən imtina edir, çünki bunu atasız etmək istəmir”.

Səfir Samanta Pauer öz müraciətində isə deyir: “Fərdlərin öz inanclarına, siyasi düşüncələrinə və ifadələrinə görə ədalətsiz həbs edilməsinə dözmək olmaz. Məhbus ailələri bilməlidir ki, biz sizləri unutmamışıq. Biz ədalətsiz şəkildə həbs edilmiş bu insanlar azadlığa çıxana qədər sizlərin və digərlərinin başlarına gələnlər barədə danışıb, səsimizi ucaldacağıq”, xanım Pauer qeyd edir.

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham edilərək 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə isə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il 20-21 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu bildirib. Nazirlər Komitəsi Bakının AHİM-in qərarının icrasından imtina etməsini müzakirə edərək, İlqar Məmmədovun azadlığa buraxılmamasını AİHM-in qərarlarının məcburi icrasını tələb edən Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 46.1-ci maddəsinin pozulması kimi qiymətləndirib.

2016-cı il noyabrın 18-də Azərbaycan Ali Məhkəməsi hakim Əli Seyfəliyevin sədrliyi ilə İlqar Məmmədovun kassasiya şikayətini təmin etməyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG