Accessibility links

Hüquq müdafiəçiləri Mehman Əliyevin azadlığa buraxılmasını istəyir


Mehman Əliyev, Elşən Həsənov və Əvəz Zeynallı
Mehman Əliyev, Elşən Həsənov və Əvəz Zeynallı

Bir qrup hüquq müdafiəşisi Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azadlığa buraxılması xahişi ilə prezident İlham Əliyevə müraciət edib.

Müraciəti Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Əvəz Həsənov, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva, Zəlihə Tahirova, Eldar Zeynalov imzalayıb. Xatırladaq ki, hüquq müdaifəçiləri bir neçə gün öncə də prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya eyni məzmunlu müraciət etmişdi.

Sənəddə deyilir ki, Melman Əliyevə qarşı istintaqın davam etdirilməsi üçün
materialların kifayət qədər olmadığı şəraitdə onun həbs olunması Azərbaycana qarşı tənqidlərin artmasına gətirib çıxarıb.

”Onun həbs olunması sizin tərəfinizdən jurnalistlərin mənzil və sosial
şəraitinin yaxşılaşdırılması üçün atdığınız addımlara beynəlxalq təşkilatlarda kölgə salınmasına əsas verir. Biz, hüquq müdafiəciləri olaraq Mehman Əliyevin istintaqının davam etdiyi və ona qarşı ittihamların araşdırıldığı müddətdə zaminə buraxılmasına dəstək olmanızı rica edirik. Ümid edirik ki, qısa zamanda öz humanistliyinizi göstərərək onun zaminə buraxılmasında xahişimizi nəzərə alacaqsınız”, hüquq müdafiəçiləri bildirir.

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Əliyevə qarşı Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentində Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma), 308.1 (vəzifədən sui-istifadə) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Yasamal rayon Məhkəməsinin hakimi Azər Tağıyev istintaq orqanının təqdimatı əsasında Mehman Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Mehman Əliyev ittihamları qəbul etmir, azad medianın susdurulmasına yönəldiyini bildirib.

XS
SM
MD
LG