Accessibility links

Moskvada Qarabağ münaqişəsinin nizamlanması müzakirə edilib


Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri

Aprelin 28-də Moskvada Rusiyanın təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyanın işgüzar görüşü keçirilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumatda deyilir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin inkişaf perspektivlərinin müzakirəsi davam etdirilib. 2016-cı ilin may və iyun aylarında Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyi qeyd edilib.

Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri münaqişənin sülh yolu ilə həllinə kömək səylərinə görə Rusiya xarici işlər naziri Sergey Lavrova təşəkkürlərini bildirib.

Nazirlər müzakirə olunan bütün məsələlər üzrə təmasları davam etdirmək barədə razılaşıblar.

Üçtərəfli danışıqların yekunları əsasında Rusiya, Azərbaycan və Ermənistan nazirləri ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri olan Rusiya, ABŞ və Fransanın səfirləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb. Görüşdə münaqişənin həlli məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG