Accessibility links

Torpağından qovulmuş ağdərili zimbabveli fermer geri dönür


2000-ci il 10 apreldə çəkilmiş arxiv fotosunda polis və ağdərili fermerin torpağını zəbt etmiş adamlar ərazidə keşik çəkir. Öz hakimiyyəti dönəmində prezident Robert Muqabe ağdərili fermerlərin mülkiyyətlərinin müsadirəsini həvəsləndirirdi.
2000-ci il 10 apreldə çəkilmiş arxiv fotosunda polis və ağdərili fermerin torpağını zəbt etmiş adamlar ərazidə keşik çəkir. Öz hakimiyyəti dönəmində prezident Robert Muqabe ağdərili fermerlərin mülkiyyətlərinin müsadirəsini həvəsləndirirdi.

İyun ayında başına silah tutularaq əmlakından qovulan ağdərili zimbabveli ona bir neçə gün ərzində evinə dönəcəyi bildirilib. Bu, Robert Muqabedən sonrakı hakimiyyətin kənd təsərrüfatı sahəsində mülkiyyət haqlarına hörmət bəsləyəcəyinə dair vədini yerinə yetirdiyinə dair işarədir.

Onlar silahlarla və iğtişaş formasında və gözyaşardıcı qazla gəlmişdilər – təkcə bizi yox, işçilərimizi, bütün ərazini hədəf almışdılar.

Ölkənin şərqində yerləşən Rusape vilayətindən olan 71 yaşlı fermer Rob Smart deyir ki, o onun işində yeni prezident Emmerson Mnanqaquanın nəzər yetirdiyini düşünür, çünki o, Yohannesburqda keçirilən sərmayə konfransı zamanı Smartın zorakı şəkildə torpağından çıxarıldığını eşidib.

Emmerson Mnanqaqva
Emmerson Mnanqaqva

Mətbuatda yer alan xəbərlərə görə, Smart və ailəsi onlarla işçi ilə birlikdə iyun ayında bibər qazı və AK-47 hücum tüfəngi ilə silahlanmış iğtişaş polisi tərəfindən Lesburi fermasından çıxarılmışdı.

Reuters xəbər agentliyi sentyabr ayında Mnanqaquanın hakimiyyəti 93 yaşlı Muqabenin əlindən almaq üçün ordu, azadlıq müharibəsi veteranları və hazırkı və keçmiş ağdərili fermerlər daxil olmaqla bir çox biznesmenlə plan hazırladıqlarına dair xəbər vermişdi.

Muqabenin 37 illik hakimiyyəti dönəmində torpaq islahatları adı altında həyata keçirilən müsadirələr və yarıtmaz siyasət Zimbabve iqtisadiyyatını çökdürdü.

Onun 37 illik hakimiyyətinin ikinci yarısında - ələlxüsus müstəmləkə dövründən sonra aparılan torpaq islahatları adı altında ağdərililərin sahib olduğu minlərlə kommersiya fermalarının zorakı və nizamsız bir şəkildə zəbt edilməsindən sonra Zimbabvenin iqtisadiyyatı çökdü .

Muqabe ötən ay de fakto hərbi çevriliş zamanı istefa verdi və beləcə ondan bir həftə öncə prezindentin müavini vəzifəsindən çıxarılan Mnanqaquanın cənubi Afrika ölkəsinin yeni lideri olmasına gətirib çıxardı.

Müharibə veteranı lideri, Monika Mutsvanquanın həyat yoldaşı və Mnanqaquanın xüsusi məsləhətçisi Kris Mutsvanqua deyib ki, Smarta qarşı rəftar yeni administrasiyasının qanun aliliyini və mülkiyyət hüququqlarını bərpa etməyə ciddi yanaşdığına işarədir.

“Torpaq islahatları qurtardı. Biz inklusivlik istəyirik. Torpağa haqqı çatan bütün vətəndaşlar özlərini evdə hiss etməlidirlər. Biz istəyirik ki, onlar yeni ölkə qursunla, çünki bu iqtisadiyyat viran qoyulub,” deyə müharibə Veteranlarının lideri və hazırda Prezidentin məsləhətçisi Kris Mutsvanqua bəyan edib.

Biz boş evdə heç bir bəzək olmadan Milad bayramını qeyd edəcəyik, amma mənəvi baxımdan bu bayaram çox gözəl keçəcək.

Smart deyib ki, o, hazırda Rusaredə yerli rəsmilərlə birgə işləyir. Rəsmilərə oğurlanmış və qarət olunmuş mülkiyyətini tapmağa göstəriş verilib ki, Smart və onun işçiləri fermada istehsalı bərpa etsin.

“Biz boş evdə heç bir bəzək olmadan Milad bayramını qeyd edəcəyik, amma mənəvi baxımdan bu bayaram çox gözəl keçəcək,” Smart deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG