Accessibility links

Müsavat Partiyası aclıq aksiyasını dayandırıb


Siyasi məhbuslara azadlıq tələbi ilə aclıq aksiyası
Siyasi məhbuslara azadlıq tələbi ilə aclıq aksiyası

Mayın 12-dən Müsavat Partiyasının “Siyasi məhbuslara azadlıq!” tələbi ilə keçirilən aclıq aksiyası mayın 18-də saat 15-də həbsdə olan “vicdan məhbusları”, Müsavat Partiyasının başqan müavinləri Tofiq Yaqublu, Yadigar Sadıqov və partiyanın divanının xahişi ilə dayandırılıb.

Müsavat Partiyasının başqan müavini Elman Fəttah Amerikanın Səsinə bildirib ki, partiya aclıq aksiyası vasitəsilə beynəlxalq və yerli ictimaiyyətin diqqətini ölkədəki siyasi məhbus probleminə yönəldib.

“Beynəlxalq və yerli mediada aclıq aksiyası ilə bağlı məqalələr dərc edilib. Mayın 16-da partiya birgünlük ümumrespublika dəstək aksiyası təşkil edilib. Müsavat bundan sonra da siyasi məhbusların azadlığı uğrunda mübarizəsini davam etdirəcək”, o qeyd edib.

XS
SM
MD
LG