Accessibility links

Müsavat Partiyası: Şamaxıda dinc aksiyaçılara qarşı zorakılığı pisləyirik


Şamaxıda etiraz
Şamaxıda etiraz

Müsavat Partiyası Şamaxı şəhərində baş verənləri Azərbaycan hakimiyyətinin ən lokal siyasi fəallığa belə dözümsüzlüyünün təzahürü kimi dəyərləndirərək, ifadə və sərbəst toplaşmaq azadlığına qarşı yönələn polis zorakılığı kimi qətiyyətlə pisləyir. Bu barədə partiyanın bəynatənda deyilir

“Azərbaycan hakimiyyətindən vətəndaşların konstitusiya ilə təsbit olunmuş hüquqlarına hörmətlə yanaşmağı, aksiya zamanı həbs olunanları dərhal azadlığa buraxmağı, dinc etirazçılara qarşı zorakılığa yol verən polis əməkdaşlarının cəzalandırılmasını tələb edirik”, sənəddə qeyd edilir.

Bəyanatda deyilir ki, noyabrın 2-də Şamaxı şəhərində seçki saxtakarlıqlarına etiraz edən bir qrup seçicinin dinc aksiyası polis zorakılığına məruz qalıb. Şamaxı rayon Polis Şöbəsinin rəisinin rəhbərlik etdiyi polis əməkdaşları aksiyaçılara hücum edib. Nəticədə bir neçə nəfər xəsarət alıb. “Azadlıq” radiosunun əməkdaşı təzyiqə məruz qalıb. Həbs olunanlar var.

Sənəddə deylənlərə hələ rəsmi şərh verilməyib.

XS
SM
MD
LG