Accessibility links

Müsavat Partiyası debat tələb edir


Müsavat Partiyası vaxtın məhdudluğunu əsas gətirərək, pulsuz efir vaxtının verilməməsi bəhanəsini aradan qaldırmaq üçün seçki kampaniyasının bu mərhələsində 15 nəfərdən artıq namizədi qeydə alınmış siyasi partiyalar və ya seçki bloklarının rəhbərləri arasında debatların təşkil edilməsini, bu debatlar üçün seçkilərədək qalan dövrdə İctimai Televiziyada 6 dəfə bir saat yarımlıq pulsuz efir vaxtının ayrılmasını qətiyyətlə tələb edir. Bu barədə Müsavat Partiyasının bəyanatında deyilir.

Müsavat Partiyası pulsuz efir vaxtının ayrılması, namizədlərin seçicilərlə görüşlərinə məhdudiyyət yaradılmasını bərabər hüquqlu təbliğat imkanları prinsipinin kobud surətdə pozulması kimi dəyərləndirir.

“Azad və ədalətli seçkilərin keçirilməsi üçün həlledici əhəmiyyət kəsb edən bu pozuntuların aradan qaldılmayacağı təqdirdə Müsavat Partiyası seçkilərdə iştirakını dayandırmaq məsələsini bir daha müzakirəyə çıxaracaqdır”, sənəddə qeyd edilir.

Bəyanatda bildirilir ki, 2015-ci il noyabrın 1-nə təyin edlmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçki kampaniyası ciddi qanun pozuntuları və saxtakarlıqlarla davam edir.

“Ən ciddi pozuntulardan biri təşviqat kampaniyası dövründə ictimai diskussiyalara, televiziya debatlarına imkan verilməməsi, namizədlərin seçicilərlə görüşlərinə və digər təmaslarına maneçilik törədilməsidir”.

Partiya xatırladır ki, ölkənin müstəqillik tarixində siyasi partiyalar və namizədlər arasında efirdə debat olmadan hər hansı seçki keçirilməyib.

“Bu dövrdə ilk dəfədir ki, Azərbaycan hakimiyyəti opponentlərinin hətta qısa müddətli televiziya çıxışlarına dözümsüzlük göstərir. Bu seçkilər zamanı namizədlər üçün az da olsa efir vaxtı ayrılmayıb və namizədlərin öz mesajlarının seçicilərə çatdırmasına minimum şərait belə aradan qaldırılıb”, bəyanatda deyilir.

Partiya hesab edir ki, hazırkı seçkilərdə opponent siyasi partiyanın və ya seçki blokunun 60-dan artıq namizədinin qeydə alınmaması bəhanəsi ilə namizədlərə efir vaxtının verilməsindən imtina edilməsi hakimiyyət tərəfindən qabaqcadan düşünülmüş bir addımdır.

“Müsavat Partiyası bu problemin aradan qaldırılması qətiyyətlə tələb edir”, sənəddə qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG