Accessibility links

Müsavat Partiyasının fəalı saxlanılıb


Elvin Paşayev (Foto Elvin Paşayevin Facebook səhifəsindən götürülüb)
Elvin Paşayev (Foto Elvin Paşayevin Facebook səhifəsindən götürülüb)

Müsavat Partiyasının gənc fəalı Elvin Paşayev yanvarın 23-də naməlum şəraitdə saxlanılıb. O Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və satma – külli miqdarda törədildikdə) ilə ittiham olunur. Bu barədə Amerikanın Səsinə vəkil Nemət Kərimli bildirib.

Bakının Nərimanov rayon Məhkəməsi müxalifət fəalı barəsində dörd aylıq həbs qətimkan tədbiri seçib.

Onun sözlərinə görə, Elvin Paşayev “Hədəf” hazırlıq kursunda müəllim işləyir.

“O Sumqaytyıdakı evindən dərsə gedərkən yolda saxlanılıb. Cibindən 65 qram tiryək tapıldığını iddia edirlər. Sual olunur, hansı müəllim cibində 65 qram tiryəklə dərsə gedər?” vəkil qeyd edib.

Vəkil Elvin Paşayevin həbsini siyasi kimi qiymətləndirir.

“Müsavatçı gəncin saxlanması siyasidir və ifadə azadlığına qarşı yönəlib. O Sumqayıt Dövlət Universiteti haqqında tənqidi məqalə yazdıqdan bir meddət sonra saxlanılıb”.

Vəkil apellyasiya şikayəti veriləcəyini bildirib.

XS
SM
MD
LG