Accessibility links

Müsavat Partiyasının 8-ci qurultayı açılıb [Video & Fotoqalereya]


Müsavat Partiyasının 8-ci qurultayı açılıb
please wait

No media source currently available

0:00 0:04:10 0:00

Müsavat Partiyasının 8-ci qurultayı açılıb

Sentyabrın 27-də Bakının Əmircan qəsəbəsində Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Müsavat Partiyasının VIII qurultayı açılıb.

Foruma partiyanın 84 rayon, şəhər, gənclər və qadın təşkilatlarından 587 nümayəndə seçilib. Qurultayın işində 450-dən çox nümayəndə iştirak edir.

Qurultaya partiya sədri İsa Qəmbər rəhbərlik edir. Rəyasət Heyətində Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin sədri Cəmil Ünal da var.

Bu təşkilat SSRİ vaxtında mühacirətdə olan Müsavat Partiyasının funksiyasını yerinə yetirib.

Qurultayın gündəliyinə İ.Qəmbərin ictimai-siyasi vəziyyətə dair hesabatı, Nəzarət-Təftiş Komissiyasının hesabatı, partiyaya yeni rəhbər orqanların seçkiləri, sədr seçkisi daxildir.

Partiya sədri postuna Mərkəzi Aparatın rəhbəri Arif Hacılı, Divan üzvü Qubad İbadoğlu və partiya rəhbərinin iki müşaviri - Tural Abbaslı və Səxavət Əlisoyun namizədliyi irəli sürülüb.

Partiyanın əvvəlki qurultayı 2006-cı ildə keçirilib.

Müsavat Partiyasının rəhbəri İsa Qəmbər partiyanın VIII qurultayındakı hesabat məruzəsində ilk olaraq siyasi məhbusları salamlayıb. O qeyd edib ki, hazırda ölkə həbsxanalarında 100-dən çox siyasi məhbus var. Onlar Müsavat, Xalq Cəbhəsi partiyaları, NİDA hərəkatı, inanclı insanlar və digər təşkilatların üzvləridir.

İ.Qəmbərin fikrincə, hakim rejim jurnalistlərin həbsindən”zövq” alır.

O, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa qarşı işgəncələri pisləyərək “hakimiyyətin şərəfsizliyi” adlandırıb.

Müsavat Partiyasının fəaliyyətinə toxunan İ.Qəmbər qeyd edib ki, partiya dünyada 100 illik tarixə malik, gizli və xaricdə fasiləsiz fəaliyyət göstərən azsaylı təşkilatlardan biridir.

Ölkənin müstəqilliyi bərpa olunduqdan sonrakı dövrdə Müsavat Partiyasının 22 illik fəaliyyətindən danışan İ.Qəmbər deyib ki, bəzən partiyanı hakimiyyətə gələ bilməməkdə qınayırlar.

“Müsavat müxalifət partiyalarının avtoritar rejimlərdə etdiyi bütün hərəkətləri bu illər ərzində edib”, o vurğulayıb.

“Bu gün ölkənin üzərini ayı kölgəsi alıb. Bu ölkə daxilində İlham Əliyevin rəhbərliyi ilə oliqarxiya rejimidir. Beynəlxalq arenada bu, demokratiyanın inkişafına və azadlıqların genişlənməsinə mane olan Rusiya ayısıdır. Müsavat Azərbaycan iqtidarından fərqli olaraq heç zaman “ayıya dayı deməyib və deməyəcək”.

“Azərbaycan hakimiyyəti isə bu ayı ilə eyni səviyyəli masa arxasında əyləşir” deyən İ.Qəmbər dövlət başçısının Vladimir Jirinovskini qəbul etməsinə işarə edib.

“Onlar Azərbaycan xalqını qoyun adlandıran insanla bir masa arxasında əyləşir. Görünür, özlərinin də xalqa münasibəti belədir”.

İ.Qəmbər qeyd edib ki, 1993-cü ildə hərbi qiyam Azərbaycanın müstəqilliyini məhdudlaşdırmaq üçün Rusiya tərəfindən təhrik edilib. 2003-cü ildə prezident seçkilərindən sonra səsvermənin saxtalaşdırılması və etirazçılara qarşı repressiyalar baş verib. “Bütün bunları qərb deyil, Rusiya edib. 1993-cü il qiyamı Azərbaycanın müstəqillyinin sərhədlərini müəyyənləşdirmək üçün atılan addım idi. 2003-cü ildə isə demokratiyanın və azadlıqların məhdudlaşdırılması istiqamətində atılam addım idi. Hər iki hadisənin arxasında Rusiya durur”, o qeyd edib.

İ.Qəmbər beynəlxalq birliyi Azərbaycan və Ermənistan kimi ölkələrdə avtoritar rejimlərə qarşı seyrçi mövqe tutmaqda qınayıb.

Qarabağ nizamlanmasına toxunan İ.Qəmbər deyib ki, Azərbaycan xalqı ölkə hakimiyyətinə təslimçi sülhə getməyə imkan verməyəcək.

“Qarabağın azadlığı yolu Azərbaycanın Avroatlantika birliyinə inteqrasiyasından və demokratiyanın çiçəklənməsindən keçir”.

İ.Qəmbər sonra deyib ki, Müsavat Partiyası yeni sədrini seçəcək və indiki hakimiyyətdən fərqli olaraq bir şəxsin iki dəfədən artıq sədr olmaması ilə bağlı demokratik prosedurlara əməl olunduğunu nümunə göstərəcək.

Qurultay işini davam etdirir.

Müsavat Partiyanı 1911-ci ildə Məmmədəmin Rəsulzadə və onun tərəfdaşları təsis edilib.

1917-1918-ci illərdə partiya ölkədə milli-demokratik hərəkata rəhbərlik edib, Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasında mühüm rol oynayıb (1918-20-ci illər).1920-ci ildə Müsavat hökuməti süquta uğrayıb, Rusiya Azərbaycanı işğal edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG