Accessibility links

"Müsəlman Birliyi" Hərəkatının fəalı polisə aparılıb


"Müsəlman Birliyi" Hərəkatının fəalı Xaliq Siyabov martın 27-də saxlanılıb və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Orada fiziki təzyiqlərə məruz qaldığını deyib.

Turan agentliyinin məlumatına görə, hadisə Məhbus Ailələrinin Müdafiəsi Koordinasiya Mərkəzinin iclasından (26 mart) bir gün sonra baş verib. O, iclas zamanı 11 aprel prezident seçkilərini boykot qərarını açıqlayıb.

"Müsəlman Birliyi"nin üzvləri bildiriblər ki, bir neçə saat ərzində Xaliq Siyabovun yeri məlum olmayıb. Onu saat 21-də buraxıblar.

Hərəkat üzvləri prezident seçkilərindən sonra fəallara qarşı yeni repressiya dalğasının başlayacağından ehtiyat edir.

"Müsəlman Birliyi" Hərəkatının liderləri və fəalları 2015-ci ilin noyabrında Nardaranda keçirilən xüsusi əməliyyatdan sonra həbs edilib. Ötən ilin payızında hərəkatın daha bir neçə fəalı həbs olunub.

Polis orqanları fəalın saxlanılmasının səbəbləri barədə məlumat yaymayıb.

XS
SM
MD
LG