Accessibility links

Sorğu: Avropada müsəlmanların geyim tərzinə məhdudiyyətlərə dəstək artır


Pew araşdırma mərkəzinin apardığı sorğuya əsasən, qərbi avropalıların bir çoxu müsəlman qadınlarının ictimai yerlərdə geyimlərində müəyyən məhdudiyyətin olmasını istəyir.

Sorğuda iştirak edən 15 ölkədən olan qeyri-müsəlmanların 50 faizi musəlman qadınların üzünün örtülmədiyi halda onların dini geyimlərinə icazə verilməsinə tərəfdar olduqlarını bildiriblər. Respondentlərin 23 faizi müsəlman qadınların heç bir dini geyiminə icazə verilməməli olduğunu deyib. Sorğu iştirakçılarının cəmi 25 faizi isə heç bir qadağaya dəstək vermədiklərini bildiriblər.

Portuqaliya respondentlərin əksəriyyətinin – 52 faizinin müsəlman qadınların geyimlərinə heç bir qadağanın olmamasını bildirən yeganə ölkədir.

Sorğu iştrakçılarının 66 faizi müsəlmanı ailə üzvü kimi qəbul edə bildiklərini bildiriblər. Amma hətta bu qrupda da respondentlərin 55 faizi üzün örtülmədinin qadağan olunmasını dəstəkləyib.

Sorğunu aparan Skot Qardner Amerikanın Səsinə deyib ki, “bu, kiçik insan qrupu deyil”. “Əksəriyyət müsəlmanlara münasibətdə müsbət fikrə malik olsa da, müsəlmanı ailə üzvü kimi qəbul etməyə razı olsa belə, müəyyən qadağalara tərəfdardır.”

Bu kateqoriyada da yenə Portuqaliya fərqliliyi ilə seçilib. Belə ki, müsəlmanı ailə üzvü kimi qəbul edənlərin 60 faizi geyimdə heç bir qadağanın tərəfdarı olmadığını bildirib.

Əksəriyyət müsəlmanlara münasibətdə müsbət fikrə malik olsa da, müsəlmanı ailə üzvü kimi qəbul etməyə razı olsa da, müəyyən qadağalara tərəfdardır.

Sorğu bölgədəki ölkələrin hökumətlərinin yürütdüyü siyasəti əks etdirir. Belə ki, avqust ayında Danimarkada müsəlmanların ictimai yerlərdə niqab və burqa kimi üz örtüklərindən istifadə eməsi qadağan edilib. Son illər müsəmanların Suriyada və başqa müsəlman ölkələrində münaqişələrdən qaçaraq Avropaya axınının müşahidə edildiyi dövrdə eyni qadağalar Avstriya, Belçika və Fransada da tətbiq edilib.

Bu siyasətin tərəfdarları üz örtüklərinin təhlükəsizlik riski olduğunu bildirirlər. Onlar qadınların üzlərini örtməyə məcbur etdirilməsini seksizm kimi dərləndirir. Tənqidçilər isə deyir ki, bu siyasət Avropada müsəlmanlar əleyhinə əhval-ruhiyyənin artmasını əks etdirən ayrı-seçkiliyi göstərir.

Müsəlman ölkələrindən Avropaya miqrant axını bir sıra ölkələrdə mühacirət əleyhinə siyasi hərəkatların güclənməsinə gətirib çıxarıb.

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqtonun Ukrayna böhranını həll etmək üçün diplomatik səyləri
please wait

No media source currently available

0:00 0:27:46 0:00
XS
SM
MD
LG