Accessibility links

Müsəlman Londona mer seçildi


London sakinləri Sadiq Xan adlı pakistanlı mühacirin oğlunu ən iri Qərb şəhərinə mer seçiblər. Əhalisinin 12 faizinin müsəlmanlar təşkil etdiyi şəhərdə Xan ilk müsəlman mer olacaq.

Xan rəqibi üzərində böyük səs fərqi ilə qələbə çalıb.

Onun qələbəsi Mühafizəkarlar Partiyasının namizədi, milyarder oğlu Zək Qoldsmitlə irqi və dini notlarla müşayiət olunan acı seçki yarışının ardınca baş verib. Xan rəqibi üzərində böyük səs fərqi ilə qələbə çalıb.

Britaniyalı müsəlmanlar 6 qardaş və 1 bacı ilə ictimai mənzil binasında boya başa çatmış Xanın qələbəsini dönüş nöqtəsi olaraq görür. Rəsmi nəticələrin bir neçə saat ərzində açıqlanacağı gözlənilir.

Londonda səsvermə
Londonda səsvermə

Britaniya müsəlmanları onun öndə gedən namizəd olmasını müsəlmanların bir zamanlar dünyanın ən böyük imperiyalarından biri olan Britaniyada artan siyasi nüfuzlarının nümunəsi olaraq görür.

“Biz ilk gəldiyimizdə burada heç məscid də yox idi. Biz dualarımızı evdə edərdik,” deyə Məhəmməd Lalmiah bildirir. O, bir zamanlar Britaniya koloniyası olan hazırkı Pakistanda anadan olub və 55 il budan öncə Britaniyaya köçüb.

Lalmiah ümid edir ki, Xanın mer olması ilə daha çox məscid və müsəlmanlara xidmət edən digər müsisələrin inşası üçün icazələri alamq asanlaşacaq.

Biz ilk gəldiyimizdə burada heç məscid də yox idi. Biz dualarımızı evdə edərdik.

Leyboristlər Partiyasını təmsil edəm Xan avtobus sürücüsü və dərzinin oğludur. 12 namizəd arasında o ən çox milyarder övladı olan yəhudi mühafizəkar Zak Qolsmitə qarşı rəqabət aparıb.

Xanın seçki kampaniyasına Süleyman Qaniyə rəğbət bəsləməsi ilə bağlı ittihamlarla kölgə salınıb. Baş nazir Deyvid Kameron daxil olamqla bir çox Britaniya liderləri Süleyman Qanini islamçı ekstremist kimi görür.

Londonun merlik vəzifəsinin 16 il bundan öncə təsis olunmasına baxmayaraq, çox nüfuzlu bir vəzifəyə çevrilib.

Londonun hazırkı meri Boris Conson Britaniyanın Avropa İttifaqını tərk etməsinə tərəfdardır.
Londonun hazırkı meri Boris Conson Britaniyanın Avropa İttifaqını tərk etməsinə tərəfdardır.

Son illər ərzində parlamentdə də müsəlman üzvlərinin sayı artıb.

Əhalisinin səkkizdə birini müəslmanların təşkil etdiyi bir şəhərdə isə müsəlmanların hökümətdəki nüfuzunun artması bəzilərində skeptisizm yaradır.

Xanın siyasi nailiyyətləri ilə bağlı suala cavab olaraq bir modellik agentliyinin 31 yaşlı meneceri “onun təkcə müsəlman olması məni narahat edir,” deyə bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG