Accessibility links

Manhettanda “Met Breuer” sərgisi açılacaq [Video]


Manhettanda “Met Breuer” sərgisi açılacaq
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Nyu-York dəyişkən şəhərdir. Şəhərdə hətta Metropoliten İncəsənət Muzeyi kimi sabitlik nümunəsi kimi yerlərdə də hərdən dəyişikliyə ehtiyac duyulur. Bu yaxınlarda sənətsevənlər muzeydə yeniliyin şahidi olacaq.

İncəsənətdə perspektiv olduqca mühümdür. Məhz buna görə də Nyu-York şəhərinin məşhur Metropoliten İncəsənət Muzeyinin direktorları muzeyin bu bölümünü Manhettanda yeni yerə köçürmək qərarına gəlib.

Müasir və modern incəsənət əsərlərindən ibarət kolleksiyasının nümayiş etdirildiyi “Met Breuer” sərgisi bu ay Medison küçəsində açılacaq. Bu binada Amerika Uitni İncəsənət Muzeyi yerləşirdi.

“Met Breuer”-in kuratorlarının binanın görünüşünü dəyişmək fikirləri olmasa da, onların kolleksiyanın tarixiliyini qoruyub saxlamaq haqda öz baxışları var. “Met özünün tarixi sənət əsərləri ilə məşhurdur və burada müasir və modern əsərlərin nümayiş etdirilməsi unikal bir imkandır” deyə, araşdırmaçı Brinda Kumar bildirir.

Muzeyin “Tamamlanmamış” adlı sərgisində ziyarətçilər XX və XXI əsrlərin məşhur rəssamlarının ya bilərəkdən, ya da qeyri-ixtiyari tamamlanmamış sənət əsərləri ilə tanış olacaq. Belə çıxır ki, istər Pikasso olsun, istərsə də Uorhul, fərqi yoxdur, bir universal cəhət var və biz başladığımızı həmişə başa çatdıra bilmirik!

Keçmişin və müasirliyin təmsil etdiyi fərqlər incəsənət tənqidçilərinin diqqətindən qaçmır. Tənqidçi Lesli Cami: “On illərdir mən müasir incəsənətlə məşğul olmuşam və indi burada Renessans və Barokko dövrünün sənət əsərlərini görmək heyrət doğurur.”

Bəlkə də “Tamamlanmamış” adı həm xarici görünüşü, həm də ruhu ilə Metropolitendən fərqlənən “Met Breuer”a daha uyğundur.

Ziyarətçilər bundan sonra Metropoliten muzeyində yalnız Misir türbələri və tarixi abidələr deyil, hindistanlı rəssam Nəsrin Məhəmmədi kimi sənətkarların müasir əsərləri ilə tanış ola biləcək.

XS
SM
MD
LG