Misirin “Qızıl Kralı” adlanan Tutanxamona aid tarixi tapıntılar üzərində bərpa işləri aparılır. Ev əşyaları, paltarlar, oyuncaqlar da daxil edilmələ, krala məxsus əşyalar üzərində bərpa işləri Misrin Giza şəhərindəki Böyük Misir Muzeyində aparılır.
10 il dövlətə başçılıq edən və eramızdan əvvəl 1324-cü ildə 19 yaşında vəfat edən "Qızıl Kral"ın oyuncaq kolleksiyası olması gözlənilməz hal deyil. Bərpa Mərkəzinin direktoru Usamə Əbu Əl-Xeyir: “Bizdə durna quşu formasında qab var ki, bundan o zamanlar oyuncaq kimi istifadə edildiyini düşünürük. Bu fırlanğıca bənzər oyuncaq müxtəlif rənglərlə bəzədilib. Bizdə quş, durna və yumurtaya bənzər oyuncaqlar da var.”
Hazırda krala məxsus digər əşyalar üzərində də bərpa işləri aparılır. Buraya 1933-cü ildən Təhrir Meydanında yerləşən Misir Muzeyində saxlanılan parça nümunələri də daxildir. Konservasiya eksperti Nigmeldin Mürşıd: “Bu parçalar 2013-cü ilə qədər muzeyin anbarında saxlanıb və anbardan Böyük Misir Muzeyində nümayiş etdirilməzdən əvvəl bərpa işləri üçün çıxarılıb.”
"Qızıl Kral"a məxsus əşyaları Britaniya arxeoloqu Hovard Karter 1922-ci ildə kralın türbəsində aşkar edib. Oradakı əşyaların çoxu ya qızıldan, ya da qızıl suyuna çəkilmiş metaldan ibarət olub. Böyük Misir Muzeyindəkı Bərpa Mərkəzinin texniki işlər üzrə meneceri Hüseyn Kamal: “Bu, bizim aşkar etdiyimiz yeganə, qiymətli əşyalarla dolu türbədir. Buradakı qədim şəyalar və parçalar firon Misirində sənətkarlıq və texnologiya üsullarının mükəmməlliyini açıq şəkildə göstərir.”
Kral Tutanxamonun türbəsində aşkar edilən qiymətli əşyalar bu ilin sonunda Böyük Misir Muzeyində nümayiş etdiriləcək.