Accessibility links

Kuins muzeyi - "Dünya içərisində dünya" sərgisi [Video]


Kuins muzeyi - Dünya içərisində dünya
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Nyu-York dünyada ən çox tanınan şəhərlərdəndir. Lakin Nyu-Yorku yeni şəkildə görmək istəyənlər Kuins muzeyinə getməlidir. Kuins muzeyində digər Nyu-York şəhəri yerləşir. Bu, 1964-cü ildə Nyu-York şəhərinin Dünya Yarmarkası üçün hazırlanan maketidir.

Nyu-Yorkdakı Kuins muzeyinin icraedici direktoru Hitomi İvasakinin bununla bağlı qeyri-adı problemi var. “Nə qədər fantastik sərgi düzənləsən də, sonda hər şey Panoramaya qayıdır. Qiyamətdir!”

Nyu-York şəhərinin 870 kvadrat metrlik panoraması dünyada ən iri urban mənzərə modelidir. Burada şəhərin 1992-ci ildə inşa edilən küçələri və ivasakaKraysler binasından tutmuş, Mərkəzi Parkı və yüzə qədər körpüsünü görmək olar.

1964-65-ci illərdə keçirilən Dünya Yarmarkası üçün hazırlanan maket üzərində yüz nəfər çalışıb. O zaman maketin nümayiş etdirildiyi bina indi Kuins Muzeyi adlanır. Hazırda isə həmin maketin və sərginin 50 illiyi qeyd olunur.

“Dünya İçərisində Dünya” adlanan bu sərgidə müzeydəki böyük və kiçik eksponatlar da nümayiş etdirilir. Bu sərgidə biz dünyanın necə olduğunu və dünyanı necə görmək istədiyimizi nümayiş etrdiririk” - deyə, Hitomi İvasaka bildirir.

Məsələn, Pekin sənətkarı Liu Veyin kitab vərəqlərindən düzəltdiyi bu model. “Bu, güc nümayiş etidrən sənət əsəridir. Bu inkişafın qarışıqlığından, intensivliyindən, sürətindən xəbər verir.”

Başqa otaqda isə heykəltəraş Hikaru Hayakavanın insan tarixi ilə bağlı borulardan hazırladığı eksponatı görmək olar. Fəvvarəyə bənzəyən şaquli borular dünya ölkələrini və imperiyaları, üfüqi borular isə müharibələri, qələbələri və sülhü tərənnüm edir.”

Sərgidə eləcə də, Çarls və Rey İemslərin 1977-ci ildə çəkdikləri və bir qan hüceyrəsindəki atomun protonundan kainatın sonsuzluğuna açılan video nümayiş etdirilir.

Muzeydəki ən kiçik eksponat isə Cessika Raylanın hazırladığı müzeyin mikroskopik modelidir. “Bu, yalnız sənin təsəvvüründə mövcuddur, ona inanmalısan. Ən böyüyü, ən kiçiyi də sərgidə elə odur.”

Kuins muzeyindəki “Dünya İçərisində Dünya” sərgisi bəşəriyyətə, kainata yeni nəzərlə baxmağa imkan yaradır.

XS
SM
MD
LG