Accessibility links

Musiqi terapiyası [Video]


Musiqi terapiyası
please wait
Embed

No media source currently available

0:00 0:02:07 0:00

Biz buna “Musiqi cazibəsi” deyirik. Musiqi insanı kədərləndirmək və ya xoşbəxt etməklə yanaşı, social dəyişiklikər yarada bilmək kimi özünəməxsus gücə malikdir. Lakin musiqinin müalicəvi xüsusiyyəti də var və alimlər bunun təsirlərini öyrənmək istəyirlər.

Skripkanın mülayim səsi və ya rəqqasların zərif rəqsləri xəstəxanalarda ağrılı, kimya-terapiyası kimi prosedurlarda xəstələrin fikrini dağıtmağa yardım edə bilir. “Bu, həyəcanı azalda, hətta xəstənin qəbul etdiyi dərmanların miqdarının belə azaldılmasına kömək edə bilər” deyə, musiqi müəllimi Marta Vensi bildirir.

Milli Səhiyyə İnstitutunun tədqiqatçıları musiqinin bədənə tam olaraq necə təsir etdiyini öyrənməyə çalışır. Culia Lengli: “Alimlərin dərmanlar və digər müalicələrin insan orqanızminə necə təsir göstərdiyini öyrəndikləri kimi, biz də insanın qayğısına qalmaq yollarını öyrənirik.”

Opera müğənnisi Rene Fleminq bu tədqiqatlarda iştirak edir. O, tədqiqatçı David Canqrou ilə çalışır. David Canqrou: “Əgər siz beynin müəyyən bir hissəsinə təsir etmək istəyirsinizsə, həmin insanı mahnı oxumağa, hansısa alətdə ifa etməyə və ya musiqi yaradılarkən həmin prosesdə iştirak etməyə şövq etməlisiniz.”

Fleminq mahnı oxuyarkən, danışarkən və ya musiqi olan videoya tamaşa edərkən onun beyni skan edilir. Tədqiqatçıların kəşfi bundan ibarət oldu ki, musiqi inanılmaz dərəcədə mürəkkəb prosesdir və musiqini təsəvvür etmək ola bilsin ondan da mürəkkəbdir.

Musiqi beyinin müəyyən hissələrinə təsir etmkə və sağalma prosesinin sürətləndirilməsinə gətirib çıxara bilər. “Nevrologiya elmləri bizə beynin hansı hissəsinin musiqini daha aktiv qavradığını müəyyən etməyə yadım edir. Əgər biz beyinin hansı hissəsinin xəstəlik və ya travmaya təsirini müəyyən etsək, biz musiqinin həmin hissəyə təsirinin yolunu tapa bilərik” deyə, David Canqrou bildirir.

Lakin heç bir tədqiqat olmadan, musiqinı öyrənmədən və ya ifa etmədən belə, musiqi insan ağlını iti saxlayır, uşaqların dil öyrənməsinə və qiymətlərinin yaxşı olmasına yardım edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG