Musiqi səs qədər riyaziyyatdən də ibarətdir. Bundan əlavə isə musiqi fantaziya və bilik deməkdir. Lakin əvvəllər bəzi əlil və ya fiziki baxımdan əngəlli uşaqlar üçün musiqi əlçatmaz idi. İndi isə bu, belə deyil. Bir qrup polşalı ixtiraçı, demək olar, hər kəsin istifadə edə biləcəyi düyməli musiqi aləti düzəldib.
Bu musicon-dur. Bu alət vasitəsilə düyməyə basa bilən hər bir kəs bəstəkara çevrilir.
“Musicon-un əsas cəhəti sadəliyidir. Düymələri basandan sonra mexanizmlər işə düşür. Bu mexanizmlər isə tamamilə çevikdir, onların yerini dəyişə bilirik və uşaqlar buradakı hər şeyi idarə edə bilir. Biz həm də əlavə parçalar düzəldə və onları dəstə daxil edə bilərik”, deyə Musicon-un yaradıcısı Kamil Laszuk bildirir.
Bəzi psixoloqlar musicon-dan autizm və ya Asperger sindromu olan uşaqlar üçün müalicə vasitəsi kimi istifadə edir.
Biz daimi olaraq terapevtlər, mütəxəssislər və müxtəlif sahələr üzrə ekspertlərlə birlikdə Musicon üzərində işləyirik. İndi isə artıq “Musicon üsulunun” ortaya çıxdığını görmək çox maraqlıdır. Musicon üsulu uşaqlara musiqi vasitəsilə təlim keçən sistemdir.Kamil Laszuk
“Uşaqlar səslərlə çox sayda eksperimentlər edə bilərlər. Onlar öz təxəyyülündəki musiqiləri alətdə çalırlar. Müvəffəqiyyətsizlik ehtimalının olmaması və onların alətdə istədikləri kimi çala bilmələri çox vacibdir. Musicon-un müsbət tərəfi odur ki, onlar qayda və ya normaların onlara diktə etdiyini deyil, özləri istədiklərini çala bilir”, uşaq psixoloqu Coanna Burgiell deyir.
Musicon-u yaradanlar onun təkcə musiqi ifa etmək deyil, həm də öyrənmək üçün də istifadə edilə biləcəyini görür.
“Biz daimi olaraq terapevtlər, mütəxəssislər və müxtəlif sahələr üzrə ekspertlərlə birlikdə Musicon üzərində işləyirik. İndi isə artıq “Musicon üsulunun” ortaya çıxdığını görmək çox maraqlıdır. Musicon üsulu uşaqlara musiqi vasitəsilə təlim keçən sistemdir”, deyə Kamil Laszuk bildirir.
Hazırda şirkət Musicon-un tam versiyasını düzəltmək üçün ianə toplayır.