Accessibility links

iPalpiti - Beynəlxalq Musiqi Proqramı [Video]


iPalpiti - Beynəlxalq Musiqi Proqramı
please wait

No media source currently available

0:00 0:02:53 0:00

Dünyanın müxtəlif ölkələrindən Kaliforniyaya toplaşan 25 musiqiçi bu ay birlikdə konsert verməyə hazırlaşır. Los-Ancelesdə təşkil edilən beynəlxalq proqram iPalpiti adlanır ki, bu, italyan dilində “ürək döyüntüsü” deməkdir. Bu, Rusiyada anadan olan dirijorun musiqiyə sevgisidir və o deyir ki, musiqi bütün əngəlləri aradan qaldıra bilər.

Onlar buraya Azərbaycan, Qazaxıstan, İsrail, İtaliya olmaqla, dünyanın 19 ölkəsindən toplaşıblar. Maestro Eduard Şmayder öz musiqiləri ilə onların dünyaya sülh gətirdiklərini deyir. “Onlar ürək dilində danışırlar. Mən ölkə adı çəkməyəcəyəm, lakin bizim orkestrdə elə musiqiçilər var ki, onların ölkələri sözün əsl mənasında bir-biri ilə müharibə aparır. Buna baxmayaraq, onlar burada yan-yana oturur və dost olurlar.”

Şmayder və onun həyat yoldaşı hər il keçirilən bu proqrama məşhur skripkaçı və dirijor Yehudi Menuhinin yardımı ilə 20 il əvvəl başlayıb.

Hər il buraya peşəkar musiqiçilər gəlir, birgə məşqlər edir və konsert verirlər. Almaniyadan skripka ifaçısı Piter Reyner: “Xüsusilə bu qrupda həssas musiqiçilər çoxdur. Onlar çox həyəcanlı və nikbindirlər. Onlar bir-birini dinləyir, şənlənirlər.”

Türkiyəli musiqiçi Can Sakol onların bir yerdə yaxşı iş gördüklərini deyir. “Bura ev kimidir, çünki gözəl musiqi özünü evdəki kimi hiss etdirir.”

Bu, həm də mədəniyyət mübadiləsidir. Rusiyadan skripka ifaçısı Semyon Promoe: “Burada musiqi ilə bağlı hərənin öz mövqeyi var, hansısa kompozisiyanı necə çalmaq, bunu digərləri ilə necə paylaşmaq və ortaq bir ifa yaratmaq.”

Bir həftə keçirilən məşqlərdən sonra musiqiçilər Disney konsert zalındakı çıxışlarına hazırdır. Ekvadordan olan violonçel ifaçısı Françisko Vila barok üslubundan tutmuş, müasir musiqiyə qədər, musiqinin coğrafi sərhədlərinın olmadığını deyir. “Harada kəsişdiyimizi, hansı anların üst-üstə düşdüyünü görmək maraqlıdır. Sizin bildiyiniz kimi musiqi dünyası olduqca kiçikdir və sən başqa hər kəsi tanımaqdan cəmi bir adam uzaqsan."

Bu proqram vasitəsilə onlar biri-birini daha yaxşı tanıyır, birlikdə işləməyi və gözəl musiqi haqda fikirlərini bölüşməyi öyrənir.

XS
SM
MD
LG