Accessibility links

Azərbaycanlı dirijor beynəlxalq müsabiqənin qalibi olub


Beynəlxalq müsabiqənin qalibləri - Fuad İbrahimov

Sentyabrın 10-da Parisdə Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsi başa çatıb.

Tanınmış dirijor Aleksandr Vedernikovun rəhbərliyilə beynəlxalq Münsiflər Heyəti finala çıxan dörd gənc dirijordan ikisini seçib. İlk mükafatın təqdim edilməməsi qərara alınıb. İkinci mükafatı Rusiyadan Dmitri Filatov və Azərbaycandan Fuad İbrahimov paylaşıb. Bu barədə müsabiqənin təşkilatçılarının məlumatında deyilir.

F.İbrahimov Bakı Kamera Orkestrinin və Münhen Yeni Filarmoniyası Orkestrinin baş dirijorudur. Yubiley müsabiqəsinə Qvatemaladan tutmuş Çinə qədər 56 ölkədən 350-dən çox müraciət daxil olub

XS
SM
MD
LG