Accessibility links

Amerikanın müsəlman icması yəhudi qəbiristanlığının təmiri üçün ianə toplayır


Müsəlman amerikalıların Birləşmiş Ştatların Missuri ştatında yəhudi qəbiristanlığındakı vandalizmdən sonra təşkil etdiyi ianə kampaniyası zamanı bərpa işləri üçün on minlərlə dollar vəsait toplanıb.

Vandallar St. Luis yaxınlığındakı Universitet şəhərinin Çesed Şel Emit qəbiristanlığında 200-ə qədər qəbir daşını ya dağıdıb, ya da aşırıb.

Antidiffamasiya Liqasının məlumatında deyilir ki, bazar ertəsi ölkənin bir neçə ştatındakı yəhudi icmasının azı 10 mərkəzinə bomba hücumu ediləcəyi barədə təhdidlər edilib. Bu kimi təhdidlər bu ilin əvvəlindən bəri dördüncü dəfə edilir.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp çərçənbə axşamı Vaşinqtondakı afro amerikalılar müzeyini ziyarət edərkən antisemit təhdidləri qınayıb. "Bizim yəhudi icması və yəhudi mərkəzlərinin ünvanına antisemit təhdidlər dəhşətlidir, ağrılıdır və nifrət, qərəz və şərin kökünün kəsilməsi üçün hələ nə qədər iş görməli olduğumuza dair çox kədərli bir xatırlatmadır" deyə, prezident Tramp bildirib.

Yəhudi qəbiristanlığında təmir işləri üçün ianə kampaniyasına başlanandan cəmi bir neçə saat sonra artıq 20 min dollar toplanıb və bu gün səhər saatlarında bu məbləğ 55 mindən artıq olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG