Accessibility links

Mustafa Cəmil Krımoğlu: Rusiya ilə danışıqların mənası yoxdur


Mustafa Cəmil Krımoğlu
Mustafa Cəmil Krımoğlu

“Rusiya-Ukrayna danışıqlarının nəticəsi olmadı. Əslində bu görüşün nəticəsinin olmayacağı əvvəldən bəlli idi. Amma Prezident Zelenski Ukraynanın görüşdən imtina edir bəhanəsinə son qoymaq üçün onların şərtlərini qəbul etdi."

Krım tatarlarının lideri, Ukrayna Ali Radasının deputatı Mustafa Cəmil Krımoğlu bildirib.

Mustafa Cəmil Krımoğlu: Rusiya ilə danışıqların mənası yoxdur
please wait

No media source currently available

0:00 0:05:23 0:00

Krımoğlu Amerikanın Səsinə müsahibəsində Rusiya-Ukrayna danışıqları, Ukraynada mövcud durum və Qərbin köməyindən danışıb.

Rusiyanın danışıqlarda irəli sürdüyü tələblər qəbuledilməzdir.

O bildirib ki, Rusiyanın danışıqlarda irəli sürdüyü tələblər qəbuledilməzdir.

“Rusların tələbləri belədir, Ukrayna Krımın işğalını, Donetsk və Luqanskın müstəqilliyini tanımalıdır, NATO-ya və Avropa Birliyinə üzv olmamalıdır. Ruslar bu şərtlər daxilində Ukrayna ilə barışacağını bildirir. Bu isə qəbuledilməzdir,” o qeyd edib.

Ali Radanın deputatı danışıqların ikinci raundunun perspektivini görmür.

“Ruslarla boş-boş görüşməyin bir mənası yoxdur.”

O, danışıqlarda perspektiv olması üçün kompromislərlə bağlı sualın cavabında deyib ki, Ukrayna Rusiyadan heç nə istəmir.

“Biz yalnız rusların Ukrayna ərazisindən çıxmasını istəyirik. Burada hər hansı kompromis ola bilməz. Çünki Ukrayna Rusiyadan heç nə istəmir.”

Ali Radanın deputatı Rusiyanın Ukraynanın şəhərlərinin bombardmanını davam etdirdiyini deyib.

Rusiya Əfqanıstanda 20 il ərzində 14 min insan itirib. Amma Ukraynada 3 gündə 5 mindən çox hərbçi itirib.

“Onlar raketlər atırlar, mülki insanları öldürürlər. Özlərinin də itkiləri çoxdur. Sonuncu rəqəmlərə görə, rusların itkiləri 5 min nəfərdən çoxdur. Rusiya Əfqanıstanda 20 il ərzində 14 min insan itirib. Amma Ukraynada 3 gündə 5 mindən çox hərbçi itirib.”

Mustafa Cəmil Krımoğlu bildirib ki, Ukraynaya hərbi kömək lazımdır.

“Bizim də silahlarımız azalır. Ruslar isə mühasirəni davam etdirir. Təbii ki, çox çətin vəziyyətdir. Amma Ukrayna xalqı silahdan əl çəkməyəcək, sona qədər döyüşəcək.”

Ali Radanın deputatı deyib ki, Rusiya Ukraynaya qarşı “İsgəndər”, “Smerç” kimi raketlərdən istifadə edir, amma Ukraynanın bunun qarşılığında sistemləri yoxdur.

“Qərb sağ olsun, son zamanlar Ukraynaya müəyyən sistemlər verib. Amma çox gec verdilər. Həmin sistemlərin idarə edilməsi üçün kadrlar hazırlanmalıdır. Həm də Rusiya xaincəsinə bizim silahların olduğu yerlərə reaktiv bombalar atır. Amma bizdə bunun qarşısını alacaq sistemlər yoxdur. Bizə Rusiyanın bomba hücumlarının qarşısını alacaq sistemlər və təlim keçən hərbi kadrlar lazımdır,” o qeyd edib.

Bizə Rusiyanın bomba hücumlarının qarşısını alacaq sistemlər və təlim keçən hərbi kadrlar lazımdır.

O bütün bunlara baxmayaraq ukraynalıların ruslara qarşı çox yaxşı döyüşdüyünü deyir.

“Rusiya bunu gözləmirdi. Rusiya zənn edirdi ki, Ukraynada onları gül-çiçəklə qarşılayacaqlar. Bu olmadı və olmayacaq. Onları surprizlərlə qarşıladırlar. Xalqın 90 faizi Rusiyaya nifrət edir. Ruslar Ukraynada mülki insanları öldürür və Ukrayna xalqının nifrəti günü-gündən artır.”

Mustava Cəmil Krımoğlunun firkincə, Ukrayna NATO və Avropa İttifaqına üzv olmalıdır.

“Ukrayna 1996-cı ildə nüvə silahını təhvil verdi. Ukrayna Budapeşt Razılaşmasını imzaladı. Bu razılaşmaya görə, nüvə dövlətləri Ukraynanın müstəqilliyinə qarant olmalı idi. Amma qarantiya olmadı, qarant öhdəliyi götürən nüvə dövlətlərindən biri xain çıxdı, Silahl Qüvvələrini Ukrayna ərazisinə göndərdi. Müstəqlliyinin qarantı üçün Ukrayna NATO-da və Avropa İttifaqında olmalıdır. Çünki NATO nizamnaməsinin 5-ci maddəsinə görə, üzv dövlətlərdən birinin ərazisinə təcavüz olarsa bütün NATO dövlətləri dəstək olmalıdır,” o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG