Accessibility links

Müxalifət fəalına 15 sutka həbs verilib


Mustafa Hacıbəyli
Mustafa Hacıbəyli

Onun nədə günahlandırıldığı bəlli deyil. Mystafa Hacıbəyli mayın 28-də müxalifətin mitinqindən sonra saxlanılıb

Mayın 28-də Novxanıda müxalifətin mitinqindən sonra saxlanılan Müsavat Partiyası liderinin müşaviri Mustafa Hacıbəyli bu gün kiçik xuliqanlıqda (İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi) ittiham olunaraq 15 sutka inzibati həbs cəzası alıb. Bu barədə onun qardaşı Vaqif Hacıbəyli məlumat verib.

Onun sözlərinə görə, işə Abşeron Rayon Məhkəməsində doğmalarının iştirakı olmadan baxılıb.

M.Hacıbəyli öz vəkilindən məhrum edilib və o, dövlət vəkilinin iştirakı ilə mühakimə olunub.

M.Hacıbəylinin nədə təqsirli bilindiyi məlum deyil. V.Hacıbəyli məhkəmənin qərarını qanunsuz adlandırıb və bu qərardan Apellyasiya Məhkəməsinə şikayət veriləcək.
Qeyd edək ki, məhkəmənin binasına Abşeron Rayon Polis İdarəsinin rəhbərləri də daxil olmaqla, çox sayda polis gətirilib.

Mayın 29-d Müsavat Partiyası partiya başqanının müşaviri Mustafa Hacılının polis tərəfindən saxlanmasını pisləyən bəyanat yayıb.

Sənəddə M.Hacıbəylinin həbsinin qanunsuz olduğu qeyd edilir və bu hərəkət adam oğurluğu kimi dəyərləndiri

Müsavat Partiyası ölkə rəhbərliyindən qanunsuz əməllərə son qoyulmasını, M.Hacılının dərhal həbsdən azad olunmasını, günahkar şəxslərin cəzalandırılmasını tələb edir.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG