Accessibility links

Avropa Məhkəməsi jurnalistin şikayətini təmin edib


Noyabrın 24-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist, Müsavat Partiyasının fəalı Mustafa Hacıbəylinin Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsilə (işgəncələrə qadağa) zəmanət verilmiş hüquqlarının pozulmasını tanıyıb.

Belə AİHM M.Hacıbəyliyə 10 min avro həcmində kompensasiyanın və 3 min avro məbləğində məhkəmə xərclərinin ödənilməsi barədə qərar çıxarıb.

Şikayət 2011-ci il aprelin 2-də müxalifətin etiraz aksiyası zamanı “Demokrat” qəzetinin redaktoru ilə pis rəftara görə verilib.

M.Hacıbəyli dinc aksiyanın dağıdılması zamanı saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə aparılıb və orada qeyri-insani rəftara məruz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG