Accessibility links

Məşhur Qadınlar muzeyi [Video]


Məşhur Qadınlar muzeyi
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Səsvermə hüququ uğrunda mübarizədən tutmuş 2016-ci il ABŞ prezident seçkilərində demokrat qadın namizədin iştirakınadək qadınlar bu uzun yolda bir çox nailiyyətlər əldə edib. Nyu-Yorkda açılan Məşhur Qadınlar muzeyində amerikalı qadınların müvəffəqiyyətlərinə bəhs edilir.

Seneka Falls-da qadın nailiyyətlərinin nümayiş etdirən bu muzey 1969-cu ildə açılıb. Məqsəd nailiyyətlərin gələcək nəsillərə göstərilməsi olub. Hər bir namizəd şərəfə layiqdir. Muzeyin həm-prezidenti Aylin Hartmen belə hesab edir.

“Biz bir ildən bir qadınların yeni nailiyyətlərini şərəfləndiririk."

Məşhur qadınlar muzeyində şəhər tarixinin bir hisəssi kimi qadın hüquqları müdafiəçiləri yer alır.

“Biz buranı qadın hüquqlarının vətəni hesab edirik.”

Bu, 1872-ci ildə qadınların səs vermək hüququ uğrunda mübarizə aparan Süzan Antoninin məhkəmə skamyasıdır. O, qadınların səs verməyə haqqı olmadığı bir zamanda səs verdiyi üçün 100 dollar cərimə edilmişdi,

Aylin Kollins 1995-ci ildə 8 günlük missiya ilə fəzaya qalxan fəza gəmisinin pilotu olub.

Prezidentliyə ilk qadın namizəd Hillari Klinton və ayın teleskopil şəkillərini çəkən avstro-fizik Cüdir Pifer də muzeydə yer alır. Pifer qaınların yüksək nailiyyətlərə sahib olduğunu desə də, qarşıda uzun bir yol olduğunu da xatırladıb.

"Eyni işi görən qadın və kişilərin qeyri-bərabər maaş aldığını bilirik. Biz bilirik ki, qadınlar kişilərdən daha aşağı mövqelərdə çalışır. Şirkətlərin başında qadın icraçı direktorlar və qadın prezidentlərin sayı çox deyil."

Qadın nailiyyətlərinə dair bu muzeyin eksponatları günbəgün artır. Hazırda muzey vəsait toplayaraq, məkanını genişləndirməyə çalışır.

XS
SM
MD
LG