Accessibility links

ABŞ Rohinca müsəlmanlarına 32 milyon dollarlıq humanitar yardım göndərir


ABŞ Myanmadan qaçqın düşən Rohinca müsəlmanlarına 32 milyon dollar məbləğində humanitar yardım ayırıb.

ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, Tramp administrasiyasının Myanmaya göndərəcək yardım paketində su, dava-dərman, ərzaq, sığınacaq və digər ehtiyac duyulan ləvazımat yer alacaq.

Banqladeşin yardım agentliklərinin gücü tükənmək üzrədir. Lakin Raxin ştatında üç həftədir davam edən qanlı münaqişə və humanitar böhran isə vəziyyətin dəyişəcəyinə heç bir işarə olmadığını göstərir.

Humanitar təşkilatlardan çox az və ya heç bir yardım almayan düşərgələrdə vəziyyət çox ağırdır. Myanma cəngəlliklərini keçənlərin həyati ehtiyacları qarşılanmır.

Təşkilatlar hansısa yardıma başlamaq üçün maliyyələşdirilmələrini gözlədikləri bir vaxt, çarəsiz Rohinca xalqına yardım etmək banqladeşlilərin üzərinə düşüb. Banqladeşin yüzlərlə vətəndaşı yerli bazardan ərzaq, su və paltar alaraq, qaçqınlara paylayır.

Ancaq onların yardımı keçdikcə artan qaçqın əhalisinə kifayət etməyəcək. Bu böhranla bağlı tez bir zamanda rəsmi addım atılmazsa, humanitar böhran humanitar fəlakətə çevrilə bilər.

Myanmanın de-fakto lideri Aunq San Syu Kyi öz ölkəsinin Rakhayn ştatındakı böhrana dair mövqeyini müdafiə edib. Son həftələr 400 minə qədər etnik rohinca ştatda baş qaldıran zorakılıqlara görə qonşu Banğladeşə qaçmağa məcbur olub.

XS
SM
MD
LG