Accessibility links

Myanmada hərbi çevrilişə etraz edənlər "bahar inqilabına" çağırıb


Mayın 2-də Myanmada minlərlə çevriliş əleyhinə nümayişçi yürüş təşkil edib. Hərbi çevrilişə etraz edənlər "bahar inqilabına" çağırıb.

Bu ölkə artıq 4-cü aydır xunta tərəfindən idarə olunur.

Fevral ayının 1-də Myanmanın mülki lideri Aunq San Suu Çi devrildikdən bəri şəhərlər, ucqar bölgələr, dağlıq ərazilər, hətta üsyançıların nəzarət etdiyi sərhəd bölgələrdə davamlı şəkildə aksiyalar keçirilir.

Xunta etirazları yatırmaq üçün qəddar ölçülərə əl atıb. Kütləvi həbslər və ölüm hallarının sayı artmaqdadır.

Nümayişçilər Yanqun şəhərinin ticarət mərkəzinə toplaşaraq, güc nümayişi və bahar inqilabına çağırıb.

Gənclər küçələrə doğru irəliləməzdən əvvəl fləşmob təşkil edib və səlahiyyətlilərlə toqquşmamaq üçün qısa müddət sonra dağılıblar.

Şərqi Şan əyalətində gənclər “Bizi heç cür idarə edə bilməzlər” yazılmış plakat qaldırıb.

Yerli mətbuat təhlükəsizlik qüvvələrinin etirazçıları qovduğunu və bir çoxlarının həbs edildiyini bildirib.

Yerli monitorinq qrupu Siyasi Məhbuslara Yardım Assosiasiyasının (AAPP) məlumatına görə, təhlükəsizlik qüvvələri indiyə qədər 759 mülki şəxsi öldülüb.

AAPP-ni qanunsuz təşkilat adlandıran xunta 17 polis və 7 əsgərlə birlikdə 258 etirazçının öldürüldüyünü bildirir.

XS
SM
MD
LG