Accessibility links

Myanma İnsan Haqları Şurasının qəbul etdiyi qətnaməni rədd edir


Myanma BMT-nin xüsusi istintaq qrupunun keçən il ordunun Rohinca müsəlman azlığına qarşı soyqırım və digər insan haqları pozuntuları ilə bağlı ittihamlarını rədd edib.

Myanma hökumətinin sözçüsü dövlətə məxsus mediaya bildirib ki, təhqiqatçıların ölkəyə daxil olmasına icazə verilmədiyi üçün Myanma BMT İnsan Haqları Şurasının qəbul etdiyi qətnamə ilə razı deyil. “Biz belə bir qətnaməyə qarşıyıq və bunu qəbul etməyəcək” - deyə, sözçü bildirib.

ABŞ Dövlət Departamenti Rohinca müsəlmanlarına qarşı zorlamalar da daxil edilməklə, Myanma ordusu və təhlükəsizlik qüvvələri tərəfindən hüquqlarının kobud şəkildə pozulduğu barədə kifayət qədər dəlil toplandığını bildirib.

Birləşmiş Ştatlar bir il əvvəl Myanmadan qaçaraq, Banqladeş düşərgələrində məskunlaşan min nəfərdən çox qaçqınla aparılan müsahibələrə əsaslandığını deyib.

Trump administrasiyası bu ayın əvvəli Myanmanın beş yüksək səviyyəli hərbi komandirinə və iki hərbi bölməsinə qarşı kəndlərin yandırılması da daxil olmaqla vəhşiliklərə görə sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG