ABŞ rəsmiləri Myanmada müsəlmanlara qarşı zorakılıqları etnik təmizləmə adlandırmayıb. Onlar məsələnin tam araşdırılmadan şərh verməkdən çəkinir.
Bu, etnik təmizləmədir
Bəzi senatorlar zorakılqıları pisləsə də, Dövlət Departamenti və Amerika İnkişaf Agentliyinin (USAİD) təmsilçiləri belə bir bəyanatla çıxış edə bilmədiklərini deyib.
“Bu, etnik təmizləmədir"- deyə, senator Ben Kardin Senatdakı həmkarları və BMT-nin səsinə səs verib.
Kardinlə bərabər Dövlət Departamenti təmsilçiləri Tramp administrasiyasının baş verənləri rəsmən “etnik təmizləmə” adlandırması üçüm durumun araşdırıldığını bildirib.
Dövlət Departamenti dəfələrlə Myanma hökumətini Amerikanın o ölkənin demokratiyaya keçidinə dəstək vədi ilə vəziyyətin diqqətə alınmasına çağırıb.
Bu yaxınlarda ABŞ dövlət katibi Reks Tillerson deyib ki, Myanmada Rohinca müsəlman əhalisi arasında qaçqın böhranına görə ölkənin hərbi rəhbərliyini məsul tutur.
ABŞ dövlət katibinin bu açıqlamaları Amnesty International təşkilatının hesabatından sonraya təsadüf edib.
Beynəlxalq təşkilat Myanma təhlükəsizlik qüvvələrini Rohinca icmasını sistematik şəkildə etnik təmizlənməyə məruz qoymaqda ittiham edib.
Birmanı tərk edən məcburi köçkünlərin sayı 600 mindən çoxdur. Avqustin 25-dən Arakan vilayətindəki bu insanlar Rohinca Qurtuluş Ordusunun hücumlarına məruz qalıb. Qaçqınların əksəriyyətini uşaqlar təşkil edir.