Accessibility links

Myanmada həbs edilən jurnalistlərə rəsmi ittihamlar irəli sürülüb


Reuters xəbər agentliyinin Myanmada həbs edilən iki jurnalisti ölkənin Məxfilik Aktını pozmaqda ittiham olunub.

Prokurorluq çərşənbə günü Yanqonda keçirilən qısa məhkəmə iclası zamanı Ka Van Lonun və Ko Kya So Oona qarşı rəsmi ittihamlar səsləndirib.

Jurnalsitlər 12 dekabr tarixində şam yeməyi zamanı iki polis əməkdaşı tərəfindən məxfi sənədlər əldə etdikləri şübhəsi ilə həbs ediliblər.

Jurnalistlərin vəkili bildirib ki, hakim müştərilərin zaminə buraxılmasına icazə verməyib, lakin söz verib ki, 23 yanvar tarixində keçirləcək məhkəmə dinləməsində bu xahişə yenidən baxacaq.

Məhkəmə binanısının önündə onlarla jurnalist qara geyinərək, Ka Van Lonun və Ko Kya So Ooya dəstək ifadə edib. Bəzilərinin əlində “jurnalizm cinayət deyil” yazılan plakatlar var idi.

Hər iki jurnalist təxminən bir əsrlik tarixi olan Məxfilik Aktına müvafiq olaraq, 14 ilədək azadlıqdan məhrum edilə bilər. Həmin akt Britaniyanın kolonial idarəçiliyi zamanı qəbul edilib.

Bu həbslər beynəlxalq icmanın tənqidinə səbəb olub. Birləşmiş Millətlər Təşkilatı, Amerika Birləşmiş Ştatları, Britaniya, İsveç və Banqladeş hər iki jurnalistin azadlığa buraxılmasını çağıranlar arasındadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG