Accessibility links

Myanmada məxfilik aktını pozmaqda ittiham edilən jurnalistlər məhkəmə qarşısına çıxarılıb


Myanmanın məxfilik aktının pozmaqda ittiham edilən Reuters agentliyinin iki jurnalisti çərşənbə günü yenidən məhkəmə qarşısına çıxarılıb.

Reuters agentliyindən verilən məlumata görə, Ka Van Lon və Ko Kya So Oo dekabr ayında 10 Rohinca kişisinin öldürülməsini araşdıran zaman həbs edilib.

Hər iki jurnalist gizli sənədləri əldə etməklə, koloniya dövründən qalan Rəsmi Sirlər Aktını pozmaq ittihamı ilə 14 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Jurnalistlərin durumu Myanmada mətbuat azadlıqları vəziyyəti və hökümətin Rakhayn vilayətindən xəbərlərin verilməsinin qarşısını almaq cəhdlərinə qlobal diqqət yönəldib.

XS
SM
MD
LG