Accessibility links

Myanma ordusu zorlanma və qətl ittihamlarını rədd edir


Myanma ordusu təhlükəsizlik qüvvələrinin Rohinca müsəlmanlarını zorladığı və qətlə yetirdiyinə dair iddiaları rədd edib.

Ordunun açıqladığı hesabat təzyiqlərə məruz qalanların etirazı ilə qarşılanıb.

Nazuma Bügumun dediyinə görə, qüvvələr onların kişilərini öldürüb, evlərini yandırıb.

Hoşa Ara adlı bu qadın isə zorlandığını bildirib.

Yüz minlərlə Rohinca qaçqını qonşu Banqladeşdə sığınacaq tapıb.

Münaqişə avqust ayında Rohinca yaraqlılarının polis idarəsinə hücum edərək 12 əsgəri öldürməsindən sonra baş qaldırıb.

Ordunun hesabatı ABŞ dövlət katibi Reks Tillersonun Myanmanın de-fakto lideri Aunq San Su Kyi ilə görüşü vaxtına təsadüf edib.

Tillerson sabah ASEAN ölkələrinin sammitində Myanma ordusuna qarşı ciddi mesajla çıxış edəcək.

XS
SM
MD
LG