Accessibility links

Myanmanın Rakhayn əyalətində üç partlayış baş verib


Rəsmilər deyir ki, şənbə səhər Myanmanın Rakhayn əyalətinin paytaxtı Sittvedə üç bomba partlayıb.

Bu partlayışlardan birinin nəticəsində bir polis zabiti yaralanıb. Polisin verdiyi məlumata görə, hüquq-mühafizə orqanları bomba hücumlarını kimin həyata keçirdiyini müəyyən etməyə çalışır.

Sittvenin digər ərazilərində isə hökümət binaları və başqa yerləri hədəf alan üç partlamamış cihaz tapılıb.

Bu partlayışlar şimal-şərqi Laşio şəhərində iki bank işçisinin ölümünə, təxminən 25 nəfərin isə yaralanmasına səbəb olan bomba partlayışından üç gün sonraya təsadüf edib. Laşioda bir neçə etnik qiyamçı qrup Myanma ordusuna qarşı mübarizə aparır.

Ötən ay yerli polisin qədim Mrauk-U şəhərində etirazçılara atəş açması nəticəsində azı yeddi Rakhayn buddisti ölüb, onlarla digəri yaralanıb.

Ötən ilin avqust ayından bəri Myanmanın zorakılıqların baş verdiyi Rakhayn ştatında ordunun Rohinca müsəlmanları qiyamçılarına qarşı təqbiləri nəticəsində 700 min Rohinca qonşu Banqladeşə qaçmağa məcbur olub.

Myanma hökümət qüvvələrinin müsəlman “terrorçuları” adlandırdıqları insanlara qarşı qanuni kampaniya apardığı bildirib.

Birləşmiş Ştatlar və Birləşmiş Millətlər Təşkilatı ordunun Rohincalara qarşı təqiblərini “etnik təmizləmə” adlandırıb, lakin Nobel Sülh mükafatı laureatı Aunq San Suu Çinin höküməti BMT təhqiqatçıları və digər beynəlxalq müşahidəçilərin münaqişə zonasına daxil olmasının qarşısını alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG