Accessibility links

Myanmada təkərləri açılmayan təyyarə enişə nail olub


Myanmada Embraer-190 sərnişin təyyarəsi Mandalay şəhərində qəzalı eniş edib.

Reutersin mayın 12-də verdiyi məlumata görə, buna səbəb təyyarənin qabaq təkərlərinin açılmaması olub.

Təyyarədə 82 sərnişin və 7 heyət üzvü olub, xəsarət alan olmayıb.

Təyyarə Yanqondan Mandalay şəhərinə uçurmuş.

Pilot dispeçerlərə dərhal xəbər verib ki, qabaq təkərləri açan avtomatik sistem işləmir.

Dispeçerlər təyyarəni yerdən müşahidə edib və təkərlərin açılmamasını təsdiqləyib.

Bundan sonra təyyarə yanacaq işlətmək üçün aerodromun üzərində bir neçə dəfə dövrə vurub və sonda arxa təkərləri və burnu üzərinə eniş etməli olub.

İnsident vaxtı yanğın baş verməyib və sərnişinlər təyyarəni tərk edə biliblər.

Sosial şəbəkələrdə insidentin videosu yayılıb.

XS
SM
MD
LG