Myanma Rohinca qaçqınlarının ilk ailəsinin repatriasiyasını həyata keçirib.
İnsan haqları müdafiəçiləri ailənin təhlükəsizliyinin təminat altına alınmadığına görə, bu addımın yalnız göstəriş mahiyyəti daşıdığını deyir.
BMT-nin qaçqınlar agentliyi bildirib ki, qaçqınların Myanmaya qaytarılması üçün vəziyyətin təhlükəsiz olmadığını deyib. Qurum təhlükəsizlik şəraitinin yaradılmasında Myanmanın səlahiyyətli nümayəndələrinin məsuliyyət daşıdığını bildirib.
Myanma hökuməti bəyanatla çıxış edərək, 5 nəfərdən ibarət ailənin repatriasiya prosesinin başa çatdırıldığını və onların müvəqqəti olaraq Maunqdau şəhərindəki qohumlarının evinə yerləşdirildiyini bildirib.
Onlara kimlik vəsiqəsi verilsə də, vəsiqədə ailənin Myanma vətəndaşı olduğu göstərilmir.
Rohinca liderləri kimlik vəsiqələrin rədd edərək, illərlə təqiblərə məruz qalan rohincalıların tamhüquqlu vətəndaş statusu ilə təmin edilməsini tələb edir.
2017-ci ilin avqustunda Birmada (Myanma) zorakılıq başlayandan bir ayın içində azı 6 min 700 Rohinca müsəlmanı öldürülüb.
626 mindən çox Rohinca müsəlmanı qonşu Banqladeşə qaçıb.