Accessibility links

Myanmada tibb işçiləri yenidən nümayişlərə qatılıb


Myanmanın Mandalay şəhərində hərbi basqısa qarşı çıxan və çevriliş əleyhinə etirazçılar təhlükəsizlik qüvvələri və polislə qarşıdurmaların qarşısını almaq üçün bazar günü səhər tezdən mitinq təşkil edib.

Həkimlər, tibb bacıları, tibb tələbələri və ağ xalatlı əczaçılar olmaqla, tibb işçiləri şənbə-bazar günləri yürüş keçirən demokratiya tərəfdarlarına qatılıb, şüarlar səsləndirərək və bayraqlar qaldıraraq ölkənin keçmiş faktiki liderinə istinad edərək “Liderimizi xilas edin” , "Gələcəyimizi qoruyun" deyə şüarlar səsləndirib.

Aunq San Suu Çi və digər demokratik yolla seçilmiş liderlər 1 fevraldan bəri həbsdə saxlanılır.

Mandalay şəhəri hərbi müdaxiləyə qarşı böyük müxalifət mərkəzi olub. Gecə saatlarında Myanmanın şimalındakı Kaçin əyalətindən ölkənin cənubuna qədər etiraz aksiyaları keçirilib.

Şənbə günü Myanma təhlükəsizlik qüvvələri və polis çevrilişin səbəb olduğu nümayişləri sona çatdırmaq üçün getdikcə daha aqressiv bir şəkildə yürütdükləri kampaniyaya görə artan qlobal tənqidlər qarşısında ölkə daxilindəki hökumət əleyhinə nümayişçilərə yenidən sərt müdaxilə edib.

Beynəlxalq və yerli mətbuatda yer alan xəbərlərə görə, Myanmanın şimalında etirazçılara qarşı gözyaşardıcı qaz və canlı güllələrdən istifadə edilib.

Etirazlar hərbçilərin ölkənin lideri Aunq San Su Çini nəzarətə almasından və hakimiyyəti ələ keçirməsindən bəri həftələrdir davam edir.

Birləşmiş Ştatlar xuntanın hakimiyyəti ələ keçirməsindən sonra ədalətsiz şəkildə həbs olunan Milli Demokratiya Liqası partiyasının lideri Aunq San Suu Çinin, devrilmiş prezident Vin Myintin habelə etirazçılar, jurnalistlər və insan haqları fəallarının dərhal sərbəst buraxılmasına çağırıb.

.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG