Accessibility links

Myanmada torpaq sürüşməsi nəticəsində 15 mədənçi həlak olub


Myanmanın şimal ərazisində şənbə günü baş verən torpaq sürüşməsi nəticəsində ən azı 15 nəfər ölüb və 45 nəfər yaralanıb. Rəsmilərin bildirdiyinə görə, hadisə Hpakant mədən regionunda baş verib.

Dəyərli mineral axtarışında olan mədənçilər sürüşmə nəticəsində palçığın altında qalıblar. Bu barədə şimali Kaçin vilayətinin administratoru Kyav Svar Aunq bildirib.

Reuters agentliyi xəbər verir ki, 15 mədənçinin cəsədi çıxarılmasından və 45 yaralının xəstaxanalara yerləşdirilməsindən sonra axtarışlar dayandırılıb.

Bu cür faciə ərazi mədənçiləri üçün yeni deyil. May ayında eyni cür sürüşmə nəticəsində ən azı 14 mədənçi həlak olub. 2015-ci ildə isə oxşar hadisə nəticəsində 100-dən artıq mədənçi palçıq altında qalıb.

XS
SM
MD
LG